Zümrüd Ağayeva “Mançester Siti”nin oyununa təyinat aldı

23.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti dəfə təyinat alıb.

"Unikal" xəbər verir ki, o, UEFA Gənclər Liqasının V turu çərçivəsində keçiriləcək “Mançester Siti” (İngiltərə) – “Feyenoord” (Niderland) oyununun UEFA nümayəndəsi olacaq.

Noyabrın 26-da “Mançester Siti” akademiyasının stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью