Zümrüd Ağayeva UEFA dan TƏYİNAT ALDI

01.04.2025

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Sfera.az xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 6-cı qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Şimali Makedoniya Futbol Federasiyasının Skopyedə yerləşən Məşq Mərkəzində təşkil olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью