Zümrüd Ağayeva yeni təyinat aldı

04.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

News24.az xəbər verir ki, o, UEFA Gənclər Liqasının 1/16 final mərhələsi çərçivəsində keçiriləcək “Trabzonspor” (Türkiyə) – “Yuventus” (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Fevralın 12-də Trabzonda yerləşən “Şenol Günəş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью