Zümrüdün 19 yaşlı qızı Video

30.07.2026

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Aparıcı Zümrüd Bədəlova qızı Ləmanın ad gününü sosial şəbəkədə təbrik edib. 

Axşam.az xəbər verir ki, o, instaqram hesabında övladının videosunu paylaşaraq 19 yaşı tamam olan qızına duyğusal sözlər ünvanlayıb.

"Ailəm, nəfəsim, balam, gözəlim, qürurum, birdənəm. Hamı deyir nə böyük qızın var, gənc qızdır. Deyə bilmirəm ki, o mənim üçün hələ də balaca Ləmandır. Geridə qoyduğum əziyyətli illərin ən gözəl hədiyyəsidir qızım. Mənim ən yaxın rəfiqəm. Bütün qızlar xoşbəxt olsun, mənim balam da onların içində. Dünyaya gəldiyin günə qurban olum. Doğum günün mübarək, qızım. 19 yaşın xoş gəldi. Gələcəyin ən gözəl vəkili" deyə, Zümrüd əlavə edib. 

Aparıcının övladı Türkiyədə təhsil alır. 

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью