Zurabaşvilini Saakaşvilinin taleyi gözləyir? (ŞƏRH) | Icma.az
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarşıdurmanın güclənməsinə yol verməmək üçün Bdzina İvanişvili bundan sonra Salome Zurabişvili ilə yumşaq davranmağa üstünlük verəcək və onu həbs etməyəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov dekabrın 29-dan sonra postunu tərk etməli olan Gürcüstan prezidenti Salome Zurabişvilini də sabiq prezident Mixail Saakaşvilinin aqibətini gözləyib-gəzləmədiyi barədə suala cavablnda deyib.
Əlimusa İbrahimov bildirib ki, Suriyada baş verən hadisələr fonunda Gürcüstandakı proseslərə diqqət bir qədər zəifləyib: "Bu Cənubi Qafqaz ölkəsində baş verən hadisələr sanki arxa plana keçib.
Amma düşünürəm ki, bu müvəqqətidir. Gürcüstan Avropa İttifaqı və ABŞ-ın maraqlarını daha çox özünə çəkir, nəinki Suriya.
Gürcüstanda Qərb və ABŞ-ın regionda sonrakı münasibətlərinin taleyi həll olunur. Gürcüstanda sakitlik haqqında danışmaq hələ tezdir.
Gürcüstan 14 dekabrda yeni prezidenti seçdi. Yeni prezidentin andiçmə mərasimi ilin sonu üçün nəzərdə tutulub.
Heç şübhəsiz yeni prezident seçilmiş Mixail Kavelaşvilinin andiçmə mərasimi keçiriləcək və vəzifəsinin icrasına başlamaq üçün mandat alacaq.
Tam oxu
Xəbəri oxu