Zurabişvili ABŞ ın dəvətini qəbul edib

17.01.2025

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Donald Trampın 20 yanvar tarixində keçiriləcək andiçmə mərasimində Gürcüstan müxalifətinin təmsilçiləri - "Güclü Gürcüstan" koalisiyasının üzvləri ilə birlikdə eks-prezidenti Salome Zurabişvili də iştirak edəcək. Zurabişvilinin mətubat xidməti onun artıq Vaşinqtonda olduğunu bəyan edib. Dəvətnaməni göndərən konqressmen, respublikaçılar partiyasının üzvü Co Vİlson Zurabişvilini "Gürcüstanın yeganə legitim lideri" adlandırıb.
Yeni hökumətin üzvləri, o cümlədən, yeni Prezident Mixail Kavelaşvili tədbirə dəvət edilməyiblər.
Hürr Tərcüman

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью