Zurabişvili: Avropadan Rusiyaya doğru yürüş bu gün başa çatdı

28.11.2024

Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qeyri-legitim hökumət bu gün öz xalqına qarşı müharibə elan etdi”.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla Gürcüstan prezidenti Salome Zurabişvili xüsusi brifinqdə çıxış edib.

O bildirib ki, Avropadan Rusiyaya yürüş bu gün başa çatdı.

“Bu gün qeyri-qanuni hökumət öz keçmişinə və gələcəyinə müharibə elan etdi. Bu yolda Rusiyadan başqa nə Gürcüstan dövlətçiliyi, nə onun müstəqilliyi, nə də gələcəyi var”, - dövlət başçısı deyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью