Zurabişvili Gürcü Arzusu nu yenə tənqid edib

30.06.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

“Nəticə göz önündədir. Nəticə odur ki, 'Gürcü Arzusu'nda dağılma, bir-birini yeyib-bitirmə prosesi başlayıb – onlar dünyadan tam təcrid olunublar”.

Bu sözləri Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili 29 iyun Parlamentin qarşısında keçirilən mitinqdə ifadə edib.

O, qeyd edib ki, partiya həmçinin dünya tərəfindən də təcrid olunub. Heç kim onları qəbul etmir: "Avropa İttifaqının ali nümayəndəsi Azərbaycana, Ermənistana səfər etdi, amma bunlara tərəf baxmadı da – bax, bu onların real vəziyyətidir. Bu zəiflikdir, bu onların dağılma, süqut mərhələsidir”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью