Zurabişvili Gürcüstanda etirazların yenidən başlanacağını elan etdi

02.04.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ölkədə etirazların yaxın zamanda güclənəcəyini bəyan edib.

Modern.az xəbər verir ki, bu haqda “Formula” telekanalı məlumat yayıb.

"Dünənki etiraz bizə ümid verir və təsdiqləyir ki, hökumət onu dağıtmağa müvəffəq olmayıb. Etiraz mövcuddur və imkan yaranan kimi daha güclü şəkildə özünü göstərəcək", - deyə siyasətçi bildirib.

Qeyd edək ki, Gürcüstanda 2024-cü ilin oktyabr ayından etibarən etiraz aksiyaları səngimək bilmir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью