Zurabişvili İvanişvilini danışıqlara çağırıb: “Orbeliani sarayına gəlsin”

23.12.2024

Ayna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Gürcüstan Prezidenti: “Yeni seçkilərin tarixi dekabrın 29-dək razılaşdırılmalıdır”

Gürcüstan Prezidenti Salome Zurabişvili yeni seçkilərin tarixini müzakirə etmək üçün hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının qurucusu və fəxri sədri milyarder Bidzina İvanişvilini Orbeliani sarayına dəvət edib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.

Zurabişvili deyib ki, “yeni seçkilərin tarixi dekabrın 29-dək razılaşdırılmalıdır”.

“Qoy İvanişvili Orbeliani sarayına gəlsin. Çünki o, hər şeyə cavabdehdir və mən onunla oturub seçkilərin necə keçirilməsi barədə danışmağa hazıram. Amma seçkilərin tarixi 29-na kimi razılaşdırılmalıdır. 29-na qədər bu ölkəni irəli aparmaq, bütün dünyaya demokratiya, barışıq, tərəqqi nümunəsi göstərmək üçün hamımızın böyük şansımız var. Biz cavab gözləyirik”, Zurabişvili deyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью