Zurabişvili mandatının bitməsindən sonra vəzifədən gedəcək Kobaxidze KONKRET

01.12.2024

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Gürcüstanın Prezidenti Salome Zurabişvili mandatının bitməsindən sonra vəzifəsini tərk edəcək.

KONKRET.az xəbər verir ki, bunu ölkənin Baş naziri İrakli Kobaxidze bildirib.

Baş nazir əlavə edib ki, Salome Zurabişvilinin səlahiyyətlərini təhvil verməkdən imtina etməsinə baxmayaraq, rezidensiyanı tərk etmək məcburiyyəti yaranacaq.

O, qeyd edib ki, Gürcüstanda təkrar parlament seçkiləri keçirilməyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью