Zurabişvili məktəbləri aksiyaya qoşulmağa çağırıb

02.12.2024

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gürcüstanda baş verən etirazlarla həmrəyliklərini ifadə etmək növbəsi məktəblərə çatır”

Gürcüstan Prezidenti Salome Zurabişvili məktəbləri ölkənin hazırkı hakimiyyətinə qarşı etirazlara qoşulmağa çağırıb. AYNA xəbər verir ki, bu barədə Prezident özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Universitetlərdən sonra bütün Gürcüstanda baş verən etirazlarla həmrəyliklərini ifadə etmək növbəsi məktəblərə çatır”, - deyə Zurabişvili qeyd edib.

Qeyd edək ki, noyabrın 28-dən Tiflisdə və Gürcüstanın digər şəhərlərində hakimiyyətin ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etməsindən sonra etiraz aksiyaları keçirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью