Zurabişvili Parisdə Zelenski ilə görüşdü

07.12.2024

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Gürcüstan prezidenti Salome Zurabişvili Parisdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdən fotoşəkillər S.Zurabişvilinin rəsmi “Facebook” səhifəsində paylaşılıb.

Qeyd edək ki, Gürcüstan və Ukraynanın dövlət başçıları bu gün axşam Parisdə Notr-Dam kilsəsinin bərpadan sonra açılış mərasimində iştirak edəcəklər. Tədbirə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp və bir sıra dövlətlərin ali rəsmi şəxsləri də qatılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью