Zurabişvili prezident iqamətgahını tərk etmir | Icma.az
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili deyib ki, ona bu vəzifəni “Gürcü arzusu” partiyasının təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili və baş nazir İrakli Kobaxidze təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə o, “İmedi” telekanalına eksklüziv müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu təklif onun üçün sürpriz olub: "Bu yükün öhdəsindən nə qədər gələ biləcəyimi təhlil etmək üçün mənə bir neçə gün vaxt verdilər.
Həmin günlərdə siyasi şura üzvləri ilə məsləhətləşmələr aparıldı və onların dəstəyi məni razılığa gəlməyə sövq etdi.
Komanda prezident institutunu konstitusiya meydanına qaytaracaq şəxs olacağıma inanırdı.
Bu mənim üçün böyük şərəfdir, bir daha cənab Bidzina İvanişviliyə və bütün komandaya mənə belə dəstək verdiyinə görə təşəkkür edirəm".
Yeni seçilmiş prezidentin sözlərinə görə, son illər onun çıxışları ictimaiyyətə bir qədər kobud görünsə də, bütün bunlar hazırkı vəziyyət və komandanın üzləşdiyi problemlərlə bağlı olub: "Biz olduğu kimi Avropa Birliyinə üzv olmaq istəyirik, inteqrasiyadan əl çəkmirik.
Tam oxu
Xəbəri oxu