Zurabişvili sabah Avropa Parlamentində çıxış EDƏCƏK

17.12.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Gürcüstan prezidenti Salome Zurabişvili sabah Avropa Parlamentində (AP) çıxış edəcək.

Redaktor.az APA-ya istinadən  xəbər verir ki, bu barədə Avropa Parlamentinin yaydığı press-relizdə qeyd olunub. Bildirilib ki, prezident dekabrın 18-də Tbilisi vaxtı ilə saat 11:30-da AP-də çıxış edəcək. Onun çıxışında Gürcüstanda hazırkı vəziyyətə, hakim "Gürcü Arzusu" və prezident seçkisi kimi mövzulara toxunacağı gözlənilir.

Qeyd edək ki, daha əvvəl AP Prezidenti Roberta Metzola Zurabişvilinin çıxış üçün dəvət edildiyini bəyan etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью