Zurabişvili seçki ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edəcək

18.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək seçki ilə bağlı iddia qaldıracaq.

Bakupost.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı bildirib.

“Sabah səhər mən Konstitusiya Məhkəməsinə iki konstitusiya prinsipinin pozulması ilə bağlı iddia qaldıracağam”, - deyə o bildirib.

Onun sözlərinə görə, söhbət səsvermənin gizliliyi və universallıqdan gedir.

Zurabişvili həmçinin bildirib ki, o, ölkənin Mərkəzi Seçki Komissiyasının “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələri ilə bağlı yekun məlumatlarını tanımır. O, həmçinin “böhrandan çıxmaq üçün” yeni parlament seçkilərinin təyin edilməsini təklif edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью