Icma.az bildirir, Qaynarinfo portalına istinadən. Gürcüstan Prezidenti Salome Zurabişvili seçki pozuntuları ilə əlaqədar olaraq Konstitusiya
Qaynarinfo xəbər verir ki, bu barədə məhkəmədə prezidentin maraqlarını müdafiə edən Eka Beseliya jurnalistlərə məlumat verib.
Beseliyanın sözlərinə görə, bu şikayətin təqdim olunması, məhkəməyə olan inamsızlığa baxmayaraq, mühüm addımdır.
O qeyd edib ki, prezident bu hüquqi addımı vətəndaşların konstitusiya hüquqlarını qorumaq məqsədilə atıb.
"Təəssüf ki, Konstitusiya Məhkəməsinə etimad olmasa da, bu şikayət çox əhəmiyyətlidir.
Məhkəmə öz son qərarları ilə bu etimadı ciddi şəkildə sarsıdıb.
Lakin prezident hesab edir ki, vətəndaşların konstitusiya hüquqlarını qorumaq üçün bütün hüquqi vasitələrdən istifadə olunmalıdır.
Şikayətdə iki əsas konstitusiya hüququnun pozulmasından bəhs olunur: birincisi, ümumilik prinsipi pozulub.