Zurabişvili seçkilərə görə Konstitusiya Məhkəməsinə müraciət edib | Icma.az
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı səsvermənin gizliliyinin və ümumi seçki hüququnun pozulması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin vəkili Eka Beseliya bildirib.Gürcüstan parlamentinin 30 müxalifətçi deputatı da oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsi tələbilə Konstitusiya Məhkəməsinə müraciət edib.Seçkilərin rəsmi nəticəsinə görə, hakim “Gürcü arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıbDörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və parlamentdə yer almaqdan imtina edirlər.Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, 11-ci çağırış parlamentin ilk iclası 25 noyabrda keçiriləcək.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu