Zurabişvili Trampa müraciət etdi

27.01.2025

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, “The Hill” qəzetinin yazdığına görə, Gürcüstanın sabiq prezidenti ABŞ-nin yeni liderinə çıxış almağa çalışır. Halbuki, protokola sadiq qalmağa üstünlük verən əvvəlki Co Bayden administrasiyası faktiki olaraq Zurabişvilini bloklayıb.
Jurnalistlər Gürcüstanın keçmiş liderinin Trampa Rusiyanın respublikadan “oyun meydançası” kimi istifadə etdiyini başa salmaq niyyətində olduğunu aydınlaşdırıblar. Zurabişvilinin fikrincə, Tramp regiona maraq göstərməsə, ölkə Rusiya və Çinin təsir dairəsində qalacaq.
Salome Zurabişvili Amerikada iş tapıb Yanvarın 22-də Zurabişvili ABŞ-nin yeni prezidentinin andiçmə mərasiminə səfəri çərçivəsində Tramp administrasiyasının nümayəndələri ilə söhbətlər apardığını açıqlayıb.
“Mənim Vaşinqtona əsas mesajım odur ki, Gürcüstan bu gün amerikalı dostlarımızın diqqətinə həmişəkindən daha çox ehtiyac duyur”, - rəsmi Tbilisiyə müxalif mövqe tutan siyasətçi bildirib.
Xatırladaq ki, yanvarın 8-də Gürcüstanın keçmiş prezidentinin Amerikada iş tapdığı bəlli olub. ABŞ-nin Arizona Universitetinin Makkeyn İnstitutunda Kissincer təqaüdçüsü vəzifəsinə təyin edilən Salome Zurabişvili tələbələrə “demokratiyanın yaradılması” nı öyrədəcək.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью