Zurabişvili Trampın andiçmə mərasimində iştirak edəcəyini açıqladı

09.01.2025

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, mərasimə konqresmen, Helskinki komissiyasının sədri Co Uilsonun dəvəti ilə qatılacaq.

S.Zurabişvili Vaşinqtonda yüksək səviyyədə görüşlər keçirəcəyini qeyd edib.

Xatırladaq ki, D.Trampın inauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью