Zurabişvilidən xarici tərəfdaşlarına TƏCİLİ ÇAĞIRIŞ

04.12.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Gürcüstan Prezidenti Salome Zurabişvili polisin müxalifət təşkilatlarının ofisində axtarışları ilə əlaqədar ölkənin xarici tərəfdaşlarına təcili çağırış edib.

Bakupost.az xəbər verir ki, Zurabişvili “X” platformasındakı paylaşımında hakim partiyanın ölkəni uçuruma apardığını qeyd edib.

“Gürcüstanda repressiya. Mən bizim tərəfdaşlarımıza, böhranın və qeyri-sabitliyin qarşısını almaq istəyənlərə təcili çağırış edirəm, ölkəni uçuruma aparan hakim partiyaya güclü təzyiq göstərməyin vaxtıdır! Gecikməyin...!”, - Zurabişvili qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью