Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Son zamanlar sosial şəbəkələrdə təhlükəli bir ifadə dövriyyəyə buraxılıb — “zurnalistika”.
Bu söz bəzən guya “tənqid”, bəzən “ironiya”, bəzən isə açıq-aşkar aşağılama niyyəti ilə işlədilir.
Lakin niyyətindən asılı olmayaraq nəticə dəyişmir: bu ifadə bütövlükdə jurnalistika peşəsinin adına və nüfuzuna zərbə vurur.
Jurnalistika sadəcə bir peşə deyil. Bu, ictimai məsuliyyətdir, cəmiyyət qarşısında öhdəlikdir, sözün gücünə verilən dəyərdir.
Təbii ki, peşə prinsiplərini pozan fərdlər ola bilər. Ancaq ayrı-ayrı səhvlərə görə bütöv bir sahəni aşağılamaq nə məntiqlidir, nə də ədalət
Ən təhlükəlisi isə odur ki, “zurnalistika” ifadəsi getdikcə normallaşdırılır. Sosial şəbəkələrdə bu sözə artıq tez-tez rast gəlirik.
Düşünürəm ki, buna susmaq, göz yummaq, “əşi, nəyimə lazımdır” deyib keçmək olmaz. Çünki bəzən susmaq razılaşmaq kimi qəbul olunur.