Ayna saytından alınan məlumata görə, Icma.az bildirir. Missiyanın məqsədi terrorçuların təhlükəsiz saxlanılmasını təmin etmək və potensial q
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə CENTCOM-un rəsmi saytında məlumat yerləşdirilib.
Missiyanın məqsədi terrorçuların təhlükəsiz saxlanma yerlərində saxlanılmasını təmin etmək və potensial qaçışların qarşısını almaqdır.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Haseke həbsxanasında saxlanılan 150 İŞİD yaraqlısını İraqdakı təhlükəsiz bir yerə uğurla köçürüb.
Ümumilikdə, təxminən 7000 İŞİD üzvünün Suriyadan İraqa köçürülməsi planlaşdırılır.
CENTCOM komandanı admiral Bred Kuper əməliyyatın İraq hökuməti də daxil olmaqla regional tərəfdaşlarla sıx koordinasiyada aparıldığını bildirib.
O deyib ki, saxlanılan İŞİD yaraqlılarının nizamlı və təhlükəsiz şəkildə köçürülməsi ABŞ-ın və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcək qaçış cəhdlərinin qarşısını almaq üçün vacibdir.
Həmçinin bildirilib ki, 2025-ci ildə Suriyada antiterror əməliyyatları çərçivəsində ABŞ qüvvələri və onların tərəfdaşları 300-dən çox İŞİD üzvünü saxlayıb, 20-dən çox terrorçu isə məhv edilib.