ABŞ İŞİD yaraqlılarını Suriyadan İraqa köçürür: yeni missiya
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
Missiyanın məqsədi terrorçuların təhlükəsiz saxlanılmasını təmin etmək və potensial qaçışların qarşısını almaqdır
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvlərinin Suriyanın şimal-şərqindən İraqa köçürülməsi üçün yeni bir missiyaya başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə CENTCOM-un rəsmi saytında məlumat yerləşdirilib.
Missiyanın məqsədi terrorçuların təhlükəsiz saxlanma yerlərində saxlanılmasını təmin etmək və potensial qaçışların qarşısını almaqdır.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri Haseke həbsxanasında saxlanılan 150 İŞİD yaraqlısını İraqdakı təhlükəsiz bir yerə uğurla köçürüb. Ümumilikdə, təxminən 7000 İŞİD üzvünün Suriyadan İraqa köçürülməsi planlaşdırılır.
CENTCOM komandanı admiral Bred Kuper əməliyyatın İraq hökuməti də daxil olmaqla regional tərəfdaşlarla sıx koordinasiyada aparıldığını bildirib. O deyib ki, saxlanılan İŞİD yaraqlılarının nizamlı və təhlükəsiz şəkildə köçürülməsi ABŞ-ın və regionun təhlükəsizliyinə birbaşa təhdid yarada biləcək qaçış cəhdlərinin qarşısını almaq üçün vacibdir.
Həmçinin bildirilib ki, 2025-ci ildə Suriyada antiterror əməliyyatları çərçivəsində ABŞ qüvvələri və onların tərəfdaşları 300-dən çox İŞİD üzvünü saxlayıb, 20-dən çox terrorçu isə məhv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Yanvar 2026 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















