Icma.az, Yeniavaz portalına istinadən məlumat verir. Suxumidə, qondarma Abxaziyanın “parlament” binası yaxınlığında “respublika”nın hakimiyy
Yeniavaz.com xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Belə ki, səhər saatlarında “deputatlar” Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmağa hazırlaşarkən yüzlərlə etirazçı Abxaziya “parlamenti”nin binasının önünə toplaşıb.
Müxalifət liderlərindən biri, “Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib ki, bir qrup “deputat” “spiker”in yanına gələrək investisiya sazişinin ratifikasiyası məsələsinin gündəmdən çıxarılmasını təkid ediblər.
Nəticədə “parlament” gündəliyi təsdiq etməyib, iclas isə ləğv edilib.
Lakin etirazçılar “deputat”lardan iclas keçirərək saziş layihəsinin təsdiqinin əleyhinə səs vermələrini tələb ediblər.
Tezliklə onlar qondarma Abxaziya “prezident”i Aslan Bjaniyanın istefasını da tələb edib.
“Parlament” binasının mühafizəsini gücləndirmək üçün gətirilən polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub.