Icma.az
close
up
RU
Abxaziyada etirazçılar “parlament” binasına girdi Video

Abxaziyada etirazçılar “parlament” binasına girdi Video

Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.


Suxumidə, qondarma Abxaziyanın “parlament” binası yaxınlığında “respublika”nın hakimiyyət orqanları ilə Rusiya arasında investisiya sazişinin ratifikasiyasına etiraz olaraq hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında toqquşma baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Belə ki, səhər saatlarında “deputatlar” Suxumi ilə Moskva arasında investisiya sazişi layihəsinə baxmağa hazırlaşarkən yüzlərlə etirazçı Abxaziya “parlamenti”nin binasının önünə toplaşıb.
Müxalifət liderlərindən biri, “Abxaz Xalq Hərəkatı” ictimai təşkilatının sədri Adqur Ardzinba bildirib ki, bir qrup “deputat” “spiker”in yanına gələrək investisiya sazişinin ratifikasiyası məsələsinin gündəmdən çıxarılmasını təkid ediblər.
Nəticədə “parlament” gündəliyi təsdiq etməyib, iclas isə ləğv edilib. Lakin etirazçılar “deputat”lardan iclas keçirərək saziş layihəsinin təsdiqinin əleyhinə səs vermələrini tələb ediblər. Tezliklə onlar qondarma Abxaziya “prezident”i Aslan Bjaniyanın istefasını da tələb edib.
“Parlament” binasının mühafizəsini gücləndirmək üçün gətirilən polis əməkdaşları ilə etirazçılar arasında toqquşma olub. Etirazçılar təhlükəsizlik qüvvələrinə yumurta atıb, həmçinin binanın ətrafındakı hasarları sındıraraq əraziyə daxil olublar.
Cavab olaraq polislər gözyaşardıcı qaz istifadə edib və iddialara görə, insanlara tüstü bombaları atmağa başlayıblar. Təhlükəsizlik qüvvələri yanğınsöndürmə maşını ilə “parlament” ərazisinə girişi əngəlləməyə çalışıb, lakin etirazçılar binaya daxil olub.
Parlamentin ərazisində atəş səslərinin eşidildiyi bildirilib.
Abxaziya “rəhbər”inin mətbuat xidməti bildirib ki, “prezident administrasiyası” investisiya sazişinin ratifikasiyası haqqında qanun layihəsinin “parlament”dən geri götürülməsinə dair sənəd hazırlayır.
Qeyd edək ki, oktyabrda Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Abxaziyanın “baş naziri”nin müavini Kristina Ozqan Rusiya şirkətlərinə qondarma “respublika”da investisiya layihələri həyata keçirməyə imkan verən saziş imzalayıblar.
Abxaziya “hakimiyyəti” sazişin yerli iqtisadiyyata kömək edəcəyinə inanır, müxalifət isə bu sənədi “respublika”nın maraqlarının birbaşa təslim olması kimi qiymətləndirir. Digər məsələlərlə yanaşı, sazişin əleyhdarları onun Abxaziyaya fayda verməyəcəyini qeyd edirlər.
Bank ictimaiyyətinin nümayəndələri də sazişdən narahat olduqlarını bildiriblər. Suxumi və Moskva arasındakı razılaşmalara əsasən, Rusiya investisiya layihəsi üzrə hesablaşmalar üçün Abxaziyada öz bankının filialını yarada bilər. Bankirlər qeyd ediblər ki, “dövlət”in iştirakı ilə Rusiya kredit təşkilatlarının maliyyə və texnoloji imkanları Abxaziya banklarının imkanları ilə müqayisə oluna bilməz. Onların fikrincə, sazişin qəbulu rəqabət mühitini məhv edə və Abxaz kredit təşkilatları üçün böyük itkilərə, o cümlədən mümkün müflisləşməyə səbəb ola bilər.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yeniavaz.com (@yeniavaz_com)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:261
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 15 Noyabr 2024 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see544

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see291

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see284

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see279

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see273

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see272

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see269

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see241

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see240

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see236

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see232

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see223

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see222

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see222

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see218

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see213

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see212

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see211

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see210

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri