ADAU TV müasir formatda yenidən təşkil olundu
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tam şəkildə yenidən qurulan və müasir texnologiyalarla təchiz edilən ADAU TV-nin yeni televiziya studiyasının açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov, ADAU TV-nin yenilənməsinin universitetin tədris və informasiya strategiyasının müasir texnoloji əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb.
O, bildirib ki, televiziya fəaliyyətə başladığı 2019-cu ildən bəri tələbələrin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların yayılması istiqamətində mühüm rol oynayıb.
Rektor həmçinin qeyd edib ki, ADAU TV onlayn dərslərin təşkili ilə tədris prosesinə dəstək verən, xüsusilə distant təhsilin inkişafına töhfə verən mühüm platformaya çevrilib.
2025-ci ildən etibarən isə televiziya Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə tam yenilənib və müasir texniki avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.
Mərasim çərçivəsində universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara yenidən qurulan televiziya studiyası və rejissor otağının texniki imkanları barədə ətraflı məlumat təqdim edib.
Bildirilib ki, çəkiliş pavilyonu səsboğucu izolyasiya materialları, peşəkar işıqlandırma sistemi və yüksək keyfiyyətli səs avadanlıqları ilə təmin edilib.
Tam oxu
Xəbəri oxu