Icma.az
close
up
RU
ADAU TV müasir formatda yenidən təşkil olundu

ADAU TV müasir formatda yenidən təşkil olundu

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tam şəkildə yenidən qurulan və müasir texnologiyalarla təchiz edilən ADAU TV-nin yeni televiziya studiyasının açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov, ADAU TV-nin yenilənməsinin universitetin tədris və informasiya strategiyasının müasir texnoloji əsaslarla qurulmasına xidmət etdiyini vurğulayıb. O, bildirib ki, televiziya fəaliyyətə başladığı 2019-cu ildən bəri tələbələrin media savadlılığının artırılması, universitet həyatının işıqlandırılması və aqrar sahədə maarifləndirici materialların yayılması istiqamətində mühüm rol oynayıb.

Rektor həmçinin qeyd edib ki, ADAU TV onlayn dərslərin təşkili ilə tədris prosesinə dəstək verən, xüsusilə distant təhsilin inkişafına töhfə verən mühüm platformaya çevrilib. 2025-ci ildən etibarən isə televiziya Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə tam yenilənib və müasir texniki avadanlıqlarla təchiz olunaraq istifadəyə verilib.

Mərasim çərçivəsində universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara yenidən qurulan televiziya studiyası və rejissor otağının texniki imkanları barədə ətraflı məlumat təqdim edib. Bildirilib ki, çəkiliş pavilyonu səsboğucu izolyasiya materialları, peşəkar işıqlandırma sistemi və yüksək keyfiyyətli səs avadanlıqları ilə təmin edilib. Çəkilişlər 4K formatında videokameralarla aparılır, montaj və səs yazma işləri isə post-prodaksiya otaqlarında həyata keçirilir.

Bundan əlavə, studiyada xromofon (green screen) texnologiyası əsasında rəqəmsal fon və vizual effektlər yaratmaq imkanı mövcuddur. Çoxkameralı çəkiliş, paralel yayım və efir idarəetməsi imkanlarını özündə birləşdirən yeni yayım sistemi televiziya studiyasının funksional imkanlarını daha da genişləndirir.

Tədbirin sonunda iştirakçılar yenidən qurulan ADAU TV studiyasına baxış keçiriblər və yaradılan şəraitlə yaxından tanış olublar.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Gəncə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri