Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Vulkan püskürmələrindən əvvəl ağac yarpaqlarında müşahidə edilən rəng dəyişiklikləri yeni bir erkən xəbərdarlıq sistemi ideyasını gündəmə gətirib.
ABŞ-ın Aerokosmik Tədqiqatlar Agentliyi (NASA) və Smitsonian İnstitutu bu müşahidələri peyk məlumatları ilə dəstəkləmək üçün birgə işləyir.
Qaynarinfo xəbər verir ki, alimlər vulkan hərəkətə keçmədən əvvəl onun ətrafındakı ağaclarda nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini müşahidə ediblər: yarpaqların rəngi tündləşir, yaşıllığın tonu daha doymuş hala gəlir.
Bu müşahidə, kosmosdan əldə edilən məlumatlarla birləşdirildikdə, vulkanların erkən xəbər siqnallarını müəyyən etmək üçün maraqlı bir metod təqdim edir.
NASA və Smitsonian İnstitutu bu rəng dəyişikliklərini kosmosdan izləmək üçün birgə əməkdaşlıq edir.
Onlar "Landsat 8" kimi peyklərdən və AVUELO adlı hava müşahidə sistemlərindən istifadə edirlər.
Tədqiqatçılar bu təbii reaksiyanın vulkan püskürmələrindən əvvəl atmosferə yayılan karbon qazı (CO₂) ilə əlaqəli olduğunu düşünürlər.
Tam oxu
Xəbəri oxu