Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər

Ağaclar vulkan püskürmələrini əvvəlcədən xəbər verə bilər

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vulkan püskürmələrindən əvvəl ağac yarpaqlarında müşahidə edilən rəng dəyişiklikləri yeni bir erkən xəbərdarlıq sistemi ideyasını gündəmə gətirib. ABŞ-ın Aerokosmik Tədqiqatlar Agentliyi (NASA) və Smitsonian İnstitutu bu müşahidələri peyk məlumatları ilə dəstəkləmək üçün birgə işləyir.

Qaynarinfo xəbər verir ki, alimlər vulkan hərəkətə keçmədən əvvəl onun ətrafındakı ağaclarda nəzərəçarpacaq dəyişikliklərin baş verdiyini müşahidə ediblər: yarpaqların rəngi tündləşir, yaşıllığın tonu daha doymuş hala gəlir. Bu müşahidə, kosmosdan əldə edilən məlumatlarla birləşdirildikdə, vulkanların erkən xəbər siqnallarını müəyyən etmək üçün maraqlı bir metod təqdim edir.

NASA və Smitsonian İnstitutu bu rəng dəyişikliklərini kosmosdan izləmək üçün birgə əməkdaşlıq edir. Onlar "Landsat 8" kimi peyklərdən və AVUELO adlı hava müşahidə sistemlərindən istifadə edirlər. Tədqiqatçılar bu təbii reaksiyanın vulkan püskürmələrindən əvvəl atmosferə yayılan karbon qazı (CO₂) ilə əlaqəli olduğunu düşünürlər. Ağaclar bu qazı udduqca, yarpaqlar daha parlaq yaşıl rəng alır.

Əlbəttə, vulkan püskürmələrini hər zaman əvvəlcədən təxmin etmək mümkün olmur. Lakin Yer üzərində təxminən 1.300 aktiv və ya potensial olaraq aktiv vulkanın olduğu nəzərə alınsa, erkən xəbərdarlıq çox zaman həyati əhəmiyyət daşıyır. Çünki təkcə püskürmənin baş verdiyi ərazi deyil, ətraf bölgələrdəki insanlar da risk altındadır. Səpələnən daşlar, kül buludları və ya sızan zəhərli qazlar birbaşa təhlükə yaradarkən, palçıq axınları və hətta sunami kimi dolayı nəticələr uzaq bölgələrə belə təsir edə bilir.

İlk siqnal: karbon qazı

Vulkanlardan yüksələn karbon qazı kimi qazlar, bu prosesin ilkin xəbərdarlıq əlamətlərindən biri hesab olunur. Lakin bu qazı kosmosdan aşkar etmək asan deyil. Məsələn, kükürd dioksid kimi qazlar daha asan izlənilə bilsə də, karbon qazının xüsusilə dağlıq və ya meşəlik ərazilərdə təqibi daha çətin olur.

Ənənəvi metodlarda tədqiqatçılar birbaşa vulkanın yaxınlığına gedərək ölçmələr aparmalı olurlar. Amma bu hər zaman mümkün olmur, çünki vulkanlar adətən əlçatmaz yerlərdə yerləşir və bu cür müşahidələr zaman və avadanlıq tələb edir. Bu səbəbdən, ağacların göstərdiyi reaksiyalar alternativ yol kimi dəyərləndirilir.

Bu sahədəki araşdırmalardan birinə Hyuston Universitetindən vulkanoloq Nikol Quinn rəhbərlik edib. Quinn Siciliyada yerləşən Etna vulkanının ətrafındakı ağacları araşdırmaq üçün "Landsat 8" ilə yanaşı, NASA-nın "Terra" və Avropa Kosmik Agentliyinin "Sentinel-2" peyklərinin görüntülərindən istifadə edib. Araşdırma nəticəsində yarpaq rəngindəki dəyişikliklə atmosferdəki karbon qazı səviyyəsi arasında birbaşa əlaqə olduğu təsdiqlənib.

Sahə tədqiqatları ilə dəstəklənməlidir

Peyklərlə toplanan məlumatların dəqiqliyini yoxlamaq üçün sahədə də tədqiqatlar aparılmalıdır. İqlim alimləri Coş Fişerin rəhbərlik etdiyi bir qrup 2025-ci ilin mart ayında Kosta Rikadakı "Rincon de la Vieja" vulkanı ətrafında sahə işi həyata keçirib. Burada karbon qazı ölçülüb və ağac yarpaqlarından nümunələr toplanıb. Fişer bu cür tədqiqatların ekologiya ilə vulkanologiyanın kəsişdiyi nöqtədə dayandığını bildirir.

Hər yerdə keçərli olmaya bilər

Bununla belə, bu metodun hər bir bölgədə tətbiq edilə bilməyəcəyi qeyd olunur. Ağacların olmadığı vulkan ərazilərində və ya fəsillərin təsir etdiyi bölgələrdə bu metod məhdudiyyətlərlə qarşılaşa bilər. Həmçinin ekoloji xəstəliklər və quraqlıq kimi amillər də yarpaq rənglərinə təsir edə bilər. Buna baxmayaraq, uyğun şəraitdə bu dəyişikliklərin potensial erkən xəbər vasitəsi ola biləcəyi düşünülür.

Bu sahədə görülən tədbirlərin təsiri keçmişdə də özünü göstərib. Məsələn, 2017-ci ildə Filippinlərdəki Mayon vulkanında aparılan ölçmələr, gözlənilən püskürməni bir neçə gün əvvəlcədən müəyyən etmişdi. Verilən xəbərdarlıqlar əsasında təxminən 56 min insan ərazidən təxliyə edilmiş və 2018-ci ilin əvvəlində baş verən püskürmədə ciddi insan itkisi yaşanmamışdı.

NASA-dan Florian Şvandner məsələni belə yekunlaşdırır: "Vulkanlar mövzusunda heç bir siqnal təkbaşına kifayət deyil. Amma bu da əlimizdəki parçaları tamamlamağa kömək edə bilər".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 06 İyun 2025 22:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see314

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see313

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see294

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see293

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see290

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see286

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see286

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see280

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see280

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see256

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see255

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see252

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see251

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see246

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see245

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see245

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see241

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see237

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri