Aqrar sektor intellektual əsaslarla inkişaf etdirilir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqiKənd təsərrüfatında innovativ həllərKənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib.
Layihənin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir.
Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətlər üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir.
Bu istiqamətdə ilk vorkşop aprelin 16-da Bakı Dövlət Universitetində keçirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin BDU-da keçirilməsinin xüsusi önəm daşıdığını bildirib.
O, diqqətə çatdırıb ki, torpağın, suyun, təbiətin qorunaraq, ağıllı üsullarla idarə olunması günün əsas tələblərindəndir.
“Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi də bu çağırışlara cavab verməyi hədəfləyir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf, innovasiyalar və aqrar sektorun müasirləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir.
Tam oxu
Xəbəri oxu