Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Liqa 1: PSJ dən geridönüş

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Aqrar sektor intellektual əsaslarla inkişaf etdirilir

Aqrar sektor intellektual əsaslarla inkişaf etdirilir

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Kənd təsərrüfatında innovativ həllər

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd kənd təsərrüfatı sahəsində innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə süni intellektin tətbiqini təşviq etməkdir. Layihənin ilkin mərhələsi ali təhsil müəssisələrinin və innovativ təsərrüfatların seçilməsi, eləcə də bitkiçilik, meyvəçilik, balıqçılıq, heyvandarlıq, bitki mühafizəsi və digər prioritet istiqamətlər üzrə fəaliyyət göstərən özəl şirkətlər tərəfindən süni intellektin tətbiqinə dair universitetlərdə vorkşopların, aqroparklar və iri təsərrüfatlara infoturların təşkili formasında həyata keçirilir. Bu istiqamətdə ilk vorkşop aprelin 16-da Bakı Dövlət Universitetində keçirilib. Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsinin başlanğıc mərhələsinin BDU-da keçirilməsinin xüsusi önəm daşıdığını bildirib. O, diqqətə çatdırıb ki, torpağın, suyun, təbiətin qorunaraq, ağıllı üsullarla idarə olunması günün əsas tələblərindəndir. “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi də bu çağırışlara cavab verməyi hədəfləyir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişaf, innovasiyalar və aqrar sektorun müasirləşdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Bu siyasətin hədəfi rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırmaqdan, süni intellekti və rəqəmsallaşmanı iqtisadi inkişafın əsas təkanverici qüvvəsinə çevirməkdən ibarətdir. BDU da bu prosesin fəal iştirakçısıdır. Süni intellekt, aqrar texnologiyalar və dayanıqlı inkişaf istiqamətlərində aparılan elmi-tədqiqat işləri, universitetdə formalaşan intellektual mühit, müasir laboratoriyalar və təcrübə bazaları bu layihənin effektiv icrasına töhfə verəcək. BDU-nun tələbə və müəllimləri aqrar innovasiya xarakterli layihələri ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan etdiyi qrant müsabiqələrinin dəfələrlə qalibi olublar. İstanbulda keçirilmiş “TEKNOFEST 2023”də BDU-nun “Humantek” komandası tərəfindən hazırlanmış “Ağıllı damla sulama sistemi” layihəsi “Aqrar texnologiyalar” kateqoriyasında III yerə layiq görülüb. Adanada keçirilmiş “TEKNOFEST 2024”də isə BDU-nun “ESST-6” komandası aqrar sahəyə inteqrasiya oluna bilən ətraf mühitə uyğun ağıllı monitorinq sistemi ilə final mərhələsinə yüksəlib və III yerə layiq görülüb. BDU tələbələri tərəfindən hazırlanmış “Irrigo – dayanıqlı kənd təsərrüfatı ekosistemi” layihəsi “TEKNOFEST 2025”in Şimali Kipr Türk Cümhuriyyətində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bu, BDU-da aqrar innovasiyalara yönəlmiş tədris və tədqiqat mühitinin formalaşdığını təsdiqləyir”. Rektor bildirib ki, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi ölkənin innovativ gələcəyini formalaşdırmaq üçün mühüm addımdır. Bu təşəbbüs ölkəmizin aqrar sektorunun intellektual əsaslarla inkişafına, ali təhsil müəssisələri ilə istehsalat arasında əməkdaşlığın dərinləşməsinə və gənclərin potensialının reallaşmasına xidmət edəcək, ağıllı kənd təsərrüfatına gedən yolda mühüm mərhələ olacaq. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov elmi tədqiqatların, innovasiyaların kənd təsərrüfatında öz əksini tapmasının, elmi biliklərin kommersiyalaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib, BDU-dan bu sahədə gözləntilərin böyük olduğunu vurğulayıb. O, layihə çərçivəsində süni intellektin tətbiqi sahəsində əldə etdikləri nəzəri və praktiki bilgilər əsasında aprelin 28-29-da Zəngilan rayonunun Ağalı kəndində “Bootcamp”ın təşkil ediləcəyini diqqətə çatdırıb. “Bootcamp”ın əsas məqsədlərindən biri işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün innovativ həllərə əsaslanan texnoloji yeniliklərin təşviqi, bu ərazilərdə yaşayan gənclərin aqrar innovasiyalar barəsində məlumatlılığının artırılması, aqrar sahədə fəaliyyət göstərən maraqlı tərəflər arasında təcrübə mübadiləsinin aparılması və qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsidir. Layihə çərçivəsində ali təhsil müəssisələrindən ibarət komandaların təklif etdikləri ağıllı və innovativ həllər seçilmiş özəl təsərrüfatlarda tətbiq olunacaq. “ASAN xidmət”in “İnnovasiyalar Mərkəzi” direktoru Vüsal Rüstəmov çıxışında belə layihələrin süni intellektin iqtisadiyyata effektiv tətbiq olunmasına təkan verəcəyini qeyd edib. O bildirib ki, ali təhsil müəssisələrinin, xüsusilə BDU-nun süni intellekt sahəsində böyük potensialı var. Özəl sektor bu potensialdan geniş istifadə edə bilər. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarının, aqrar sahədə fəaliyyət göstərən iri aqroparkların rəhbər və mütəxəssisləri, gənclər arasında sahibkarlığın inkişafına dəstək göstərən innovasiya, o cümlədən inkubasiya və akselerasiya mərkəzlərinin rəhbərləri də iştirak ediblər. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, “Şabran-D” MMC-nin direktoru Şöhrət Məmmədov, “Agro Systems” MMC-nin direktoru Köçəri Məmmədov, “Grow Group Azerbaijan” MMC-nin baş aqronomu Emin Kara, Aqrar Kredit və İnkişaf Agentliyinin şöbə müdiri Ruslan Zeynal, “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov çıxışlarında kənd təsərrüfatında avtomatlaşdırılmış sistemlər və süni intellektin tətbiqinə dair fikirlərini bildirib, təmsil etdikləri qurumların bu sahədəki fəaliyyəti ilə iştirakçıları tanış ediblər. Qeyd edilib ki, kənd təsərrüfatı innovasiyası ayrı-ayrı təsərrüfat subyektlərinin və ya təşkilatların, qurumların fəaliyyət səmərəliliyini, rəqabət qabiliyyətini, şoklara davamlılığını və ya ekoloji dayanıqlılığını artıraraq ərzaq təhlükəsizliyinə, iqtisadi inkişafa və təbii ehtiyatların dayanıqlı idarə edilməsinə töhfə vermək üçün müəyyən kontekstdə yeni və ya mövcud məhsulların, proseslərin və ya təşkilati üsulların ilk dəfə istifadəyə verilməsi prosesidir. Kənd təsərrüfatı innovasiyaları kənd təsərrüfatı istehsalı prosesində istifadə olunan yeni və ya təkmilləşdirilmiş resurs və metodları əhatə edir. Nümunə olaraq yeni toxum növü, yeni gübrə növü və torpağa qulluqda yeni bir üsul göstərilə bilər. Bunlar hamısı istehsal və ya səmərəliliyi artıran amil və tətbiqlərdir. Kənd təsərrüfatı innovasiyası ümumiyyətlə kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı, qablaşdırılması, paylanması və istehlakı və ya başqa şəkildə istifadəsi ilə məşğul olan çoxsaylı iştirakçılar arasında dinamik qarşılıqlı təsir nəticəsində yaranır. Kənd təsərrüfatı innovasiyası mövcud torpaq, su və biomüxtəliflik ehtiyatlarını tükəndirmədən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını və adaptasiyasını artırmaq, çeşidini şaxələndirmək, ərzaq məhsullarının qidalılıq dəyərini artırmaq, heyvanların populyasiyalarını artırmaq, becərmə üçün artan sənaye məhsulları və yanacaq ehtiyaclarını təmin etmək potensialına malikdir. Kənd təsərrüfatı sektorundakı bir çox innovasiyalar istehsal üsulları ilə əlaqəli “proses innovasiyası”dır. “Məhsul innovasiyaları” inkişaf etmiş toxum və heyvan cinslərini, kənd təsərrüfatı maşınlarını, suvarma sistemlərini, binaları və yeni funksional xüsusiyyətlərə malik qidaları əhatə edir. Təchizat zənciri boyunca marketinq və təşkilati innovasiyanın əhəmiyyəti getdikcə daha da artır. Kənd təsərrüfatı sahəsi mövcud torpaq və su resurslarını, o cümlədən bioloji müxtəlifliyi qorumaq və iqlim dəyişikliyinə cavab vermək üçün təbii ehtiyatlardan daha davamlı şəkildə istifadə etməlidir. Bu çətinliklərin öhdəsindən gəlmək və imkanlara cavab vermək baxımından kənd təsərrüfatı sahəsinin davamlı şəkildə məhsuldarlığı artırması üçün innovativ yanaşmaları mənimsəməsi lazımdır. İnnovasiya yalnız texnoloji inkişafdan deyil, eyni zamanda fermerləri ehtiyac duyduqları məlumatlarla əlaqələndirməyin yeni yollarından qaynaqlanır. Kənd təsərrüfatında innovasiya məhsul istehsalından tutmuş, istehsal vasitələrinin idarəedilməsinə və bazara çıxışa qədər istehsal tsiklinin bütün mərhələlərini və bütün dəyər zəncirindəki prosesləri əhatə edir. Fermer təsərrüfatı kontekstində kənd təsərrüfatı innovasiyasının növləri ilk növbədə istehsalın artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması ilə əlaqədardır.

İnnovativ həllərin, süni intellektin kənd təsərrüfatı, ümumilikdə iqtisadiyyatın inkişafında əhəmiyyətindən danışan İKT üzrə mütəxəssis Elvin Abbasov “Şərq”ə açıqlamasında qeyd etdi ki, Kənd Təsərrüfatı Nazirliyi rəqəmsal texnologiyaların tətbiqi və innovasiyaların genişləndirilməsi istiqamətində daha bir mühüm təşəbbüsə start verib:

- Nazir Məcnun Məmmədovun rəhbərliyi ilə sektorun rəqəmsallaşması sahəsində proseslər sürətlənib. Bu çərçivədə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” adlı yeni layihəyə başlanılıb. Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi kənd təsərrüfatı sahəsində süni intellekt və rəqəmsal həllərin tətbiqini təşviq etmək, ali təhsil müəssisələrinin tələbələri və gənc tədqiqatçılar arasında bilik və bacarıqları artırmaq, innovativ yanaşmalar vasitəsilə aqrar sahədə məhsuldarlığı və idarəetməni optimallaşdırmaqdır. Bu təşəbbüs, həmçinin ali təhsil müəssisələri ilə aqrar sektorda fəaliyyət göstərən özəl təsərrüfatlar arasında əməkdaşlıq platformasının formalaşdırılmasını da hədəfləyir. Layihə çərçivəsində vorkşoplar, inforturlar və Zəngilanın Ağalı kəndində “Bootcamp” təşkil olunacaq. İştirakçı komandaların təqdim etdiyi ağıllı həllərin “18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” Sərgisində nümayişi planlaşdırılır. Qeyd edək ki, bu ilin əvvəlində Kənd Təsərrüfatı Nazirliyi süni intellektin tətbiqi və aqrar sektorun rəqəmsal transformasiya modelinin hazırlanması məqsədilə "McKinsey & Company" şirkəti ilə 10 milyon manat dəyərində, bir mənbədən satınalma metodu ilə müqavilə imzalayıb. Əməkdaşlığın məqsədi kənd təsərrüfatı sahəsində institusional inkişaf, strateji planlaşdırma və rəqəmsallaşma proseslərinə beynəlxalq təcrübənin inteqrasiyasıdır. Bütün bunlar onu deməyə əsas verir ki, süni intellektin, rəqəmsal həllərin aqrar sektora inteqrasiyası ümumən kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 Aprel 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see499

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see480

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see461

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see333

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see321

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see288

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see270

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see265

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see255

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see249

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see240

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see228

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see220

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see220

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see219

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see216

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see209

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see198

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see192

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri