Azərbaycanda enerji keçidi barədə məlumatlılıq yüksəkdir
Icma.az, Xalq qazeti saytına istinadən bildirir. Azərbaycanda və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlə
Bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində İtaliya pavilyonunda təqdimat zamanı “MAIRE” Fondunun baş direktoru İlaria Katastini deyib.
2024-cü ilin sentyabr və oktyabr ayları ərzində “MAIRE” Fondu hər iki ölkədən olan 2 min ali təhsilli şəxs və ictimai fikir lideri arasında sorğu keçirib.
“İnnovativ həllər tələb edən enerji keçidinin qarşıya qoyduğu çağırışlara cavab vermək üçün Azərbaycanda hesab edirlər ki, problemi həlletmə bacarıqları əsas amildir.
Qazaxıstanda isə düşünürlər ki, tənqidi fikirləşmə bacarıqları kompleks məlumatların təhlilində, yanaşmaların qiymətləndirilməsində və əsaslandırılmış qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir”, – deyə Katastini bildirib.
“Azərbaycanda respondentlərin 55 faizi enerji keçidini prioritet hesab edirsə, Qazaxıstanda bu rəqəm 39 faizdir.
Bu göstərici ətraf mühitlə bağlı problemlər və onların yaratdığı iqtisadi imkanlar haqqında artan məlumatlılığı əks etdirir və gələcək təşəbbüslər üçün münbit zəmin yaradır”, – deyə o əlavə edib.
Katastini, həmçinin vurğulayıb ki, Azərbaycandan olan respondentlərin 64 faizi (BƏƏ, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələri üstələyir), Qazaxıstandan olan respondentlərin isə 53 faizi (İtaliyanı, Böyük Britaniyanı, ABŞ-ni və Çini üstələyir) enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir.
Tam oxu
Xəbəri oxu