Icma.az
close
up
RU
Azərbaycanda enerji keçidi barədə məlumatlılıq yüksəkdir

Azərbaycanda enerji keçidi barədə məlumatlılıq yüksəkdir

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycanda və Qazaxıstanda insanlar enerji keçidinin təcili olmasını dərindən dərk edirlər.

Bu sözləri Bakıda keçirilən COP29 çərçivəsində İtaliya pavilyonunda təqdimat zamanı “MAIRE” Fondunun baş direktoru İlaria Katastini deyib.

2024-cü ilin sentyabr və oktyabr ayları ərzində “MAIRE” Fondu hər iki ölkədən olan 2 min ali təhsilli şəxs və ictimai fikir lideri arasında sorğu keçirib.

“İnnovativ həllər tələb edən enerji keçidinin qarşıya qoyduğu çağırışlara cavab vermək üçün Azərbaycanda hesab edirlər ki, problemi həlletmə bacarıqları əsas amildir. Qazaxıstanda isə düşünürlər ki, tənqidi fikirləşmə bacarıqları kompleks məlumatların təhlilində, yanaşmaların qiymətləndirilməsində və əsaslandırılmış qərarların qəbul olunmasında mühüm əhəmiyyət kəsb edir”, – deyə Katastini bildirib.

“Azərbaycanda respondentlərin 55 faizi enerji keçidini prioritet hesab edirsə, Qazaxıstanda bu rəqəm 39 faizdir. Bu göstərici ətraf mühitlə bağlı problemlər və onların yaratdığı iqtisadi imkanlar haqqında artan məlumatlılığı əks etdirir və gələcək təşəbbüslər üçün münbit zəmin yaradır”, – deyə o əlavə edib.

Katastini, həmçinin vurğulayıb ki, Azərbaycandan olan respondentlərin 64 faizi (BƏƏ, Səudiyyə Ərəbistanı və Hindistan kimi ölkələri üstələyir), Qazaxıstandan olan respondentlərin isə 53 faizi (İtaliyanı, Böyük Britaniyanı, ABŞ-ni və Çini üstələyir) enerji keçidini iqlim dəyişmələri ilə mübarizədə vacib hesab edir.

Hər iki ölkədə respondentlərin 80 faizdən çoxu təlim və bacarıqların artırılmasını vacib məsələ kimi qeyd edirlər ki, bu göstərici də Hindistandakı göstəricidən 71 faiz, ABŞ-dakı və Cənubi Afrikadakı göstəricidən isə 75 faizdən çoxdur.

“Enerji keçidi Azərbaycanda və Qazaxıstanda işçi qüvvəsinin əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini tələb edir ki, bu da həmişəkindən daha çox yaşıl iş yerlərinin açılmasına şərait yaradır”, – Katastini deyib.

“MAIRE” təşkilatının törəmə şirkətləri olan “NEXTCHEM” və “TECNIMONT” tərəfindən maliyyələşdirilən araşdırma nümayiş etdirdi ki, beynəlxalq ictimaiyyət getdikcə daha çox dərk edir ki, enerji keçidinin biznes və məşğulluq sahələrinin imkanlarını genişləndirə bilməsi üçün yeni bacarıqlar tələb olunur. Qısamüddətli çətinliklərə və məsrəflərə baxmayaraq, respondentlərin mütləq əksəriyyəti enerji keçidi üzrə səylərin uzunmüddətli əhəmiyyətini və müsbət təsirlərini qəbul etdiklərini bildiriblər.

“MAIRE” Fondunun araşdırması dörd qitədə aparılmaqla 12 ölkəni əhatə edib və beynəlxalq bazar araşdırması ilə məşğul olan IPSOS şirkəti ilə birgə 2 mindən çox müsahibə götürülüb.

“MAIRE” enerji keçidinə dəstək verən aparıcı texnologiya və mühəndis qrupu kimi çıxış edərək istehsal sənayesi ilə enerji resurslarının kəsişməsində fəaliyyət göstərir. Qrup dayanıqlı gübrələr, aşağıkarbonlu enerji vektorları və dairəvi həllər kimi biznes istiqamətləri üzrə aşağı bazar üçün inteqrasiya edilmiş E&C həllər və davamlı texnologiyalar təklif edir. “MAIRE” 45 ölkədə fəaliyyət göstərir və bütün dünya üzrə 9 min 300-dən çox əməkdaşı var.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Noyabr 2024 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri