“Bir yeniyetmənin cibində niyə bıçaq olmalıdır?” Ekspert təhlükənin kökünü açıqladı
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələr və şiddət oyunları gəncləri aqressiyaya sürükləyir Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələrinin artmasından danışıb.
Deputat qeyd edib ki, statistika bu cür hadisələrin cibdə gəzdirilən, qatlanan bıçaqlarla baş verdiyini göstərir.
Bu faktı nəzərdə tutaraq cib bıçaqlarının satışının və istifadəsinin qadağan edilməsi məqsədəuyğun olardı.
Onun sözlərinə görə, müəyyən kompüter oyunları var ki, uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir.
Deputat qeyd edib ki, onların qadağan olunması böyük əhəmiyyət kəsb edir: "Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür hadisələr təkcə gənclər və yeniyetmələrlə məhdudlaşmır, ümumən cəmiyyətdə aqressiyanın artmasından irəli gəlir: - Bıçaqlanma hadisələri, kəsici alətlərlə törədilən cinayətləri təkcə gənclər və yeniyetmələrə aid etmək doğru olmaz.
Düzdür, yeniyetmə və gənclərin tərbiyəsi, məşğuliyyəti, asudə vaxtlarını necə keçirdikləri önəmlidir.
Bu barədə indiyədək də çox danışılıb, müzakirələr aparılıb. Yeniyetmələr kimdən, kimlərdən nümunə götürür?
Tam oxu
Xəbəri oxu