Icma.az
close
up
RU
“Bir yeniyetmənin cibində niyə bıçaq olmalıdır?” Ekspert təhlükənin kökünü açıqladı

“Bir yeniyetmənin cibində niyə bıçaq olmalıdır?” Ekspert təhlükənin kökünü açıqladı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələr və şiddət oyunları gəncləri aqressiyaya sürükləyir

Milli Məclisin Gənclər və idman komitəsinin iclasında deputat Müşfiq Cəfərov gənclər və yeniyetmələr arasında bıçaqlanma hadisələrinin artmasından danışıb. Deputat qeyd edib ki, statistika bu cür hadisələrin cibdə gəzdirilən, qatlanan bıçaqlarla baş verdiyini göstərir. Bu faktı nəzərdə tutaraq cib bıçaqlarının satışının və istifadəsinin qadağan edilməsi məqsədəuyğun olardı. Onun sözlərinə görə, müəyyən kompüter oyunları var ki, uşaqların və yeniyetmələrin psixologiyasına təsir edir. Deputat qeyd edib ki, onların qadağan olunması böyük əhəmiyyət kəsb edir: "Bu qadağa uşaq və yeniyetmələr arasında ölüm hadisələrinin qarşısını almış olar".

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Süleymanov “Sherg.az”a açıqlamasında qeyd edib ki, bu cür hadisələr təkcə gənclər və yeniyetmələrlə məhdudlaşmır, ümumən cəmiyyətdə aqressiyanın artmasından irəli gəlir: 

- Bıçaqlanma hadisələri, kəsici alətlərlə törədilən cinayətləri təkcə gənclər və yeniyetmələrə aid etmək doğru olmaz. Düzdür, yeniyetmə və gənclərin tərbiyəsi, məşğuliyyəti, asudə vaxtlarını necə keçirdikləri önəmlidir. Bu barədə indiyədək də çox danışılıb, müzakirələr aparılıb. Yeniyetmələr kimdən, kimlərdən nümunə götürür? Diqqətlə baxsaq, görəcəyik ki son illərdə bayağı mahnılar, ara mahnılar, meyxana üslübü və meyxanaçıların üslübu gənclər arasında üstünlk təşkil edir. Bununla kiminsə ləyaqətini təhqir etmək fikrində deyilik. Gənclər niyə məhz bu nümunələri əxz edir, çünki cəmiyyətdə başqa nümunə görmürlər. Demirik, yoxdur fərqli nümunələr, var, amma onlar görünürmü? Xeyr. Sosial şəbəkələrdə, internet platformalarında bayağılıq daha artıqdır. Bayağı, şou xarakterli məzmunlar geniş paylaşılır və baxış sayı minlərlədir. Bu, hazırda bizim cəmiyyətin ən böyük problemidir. Elm, təhsilin öndə olmadığı cəmiyyətlərdə kriminal məzmunlar önə çıxır. Elmi təhlillər onu göstərir ki, uşaqlar, yeniyetmələr arasında aqressiyanın artmasına səbəb kompüterə, sosial şəbəkələrə, internet resurslara və orada paylaşılan materiallara aludəlik, şiddəti təbliğ edən, şiddətə, zorakılığa yönəldən kompüter oyunları, uşaqların müəyyən qədər nəzarətsiz qalması, küçədə, həyətdə yaşıdlarıyla mübahisə etməsi, valideynlər arasında ailədaxili münaqişələr, valideynlərin bir-biriylə yola getməmələridir. Bunlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Sosial şəbəkələrdə kriminal məzmunlu materiallar uşaqların zorakılığa, yaşıdlarına öz gücünü, “nüfuzunu” göstərməyə meyillənməsinə səbəb olur. Uşaqlar nəzarətsiz buraxılmamalıdır. İstər məktəbdə, istərsə də məktəbdən sonra evdə, ailə daxilində, istərsə də ictimai yerlərdə. Bir yeniyetmənin və ya gəncin cibində niyə bıçaq olmalıdır ki onunla kiməsə də xəsarət yetirsin?! Bu cür neqativ halların yaranmasında valideynlərin diqqətsizliyi, övladlarına yetərincə zaman ayırmamaları, övladları ilə həmsöhbət olub fikriləri, maraq dairələri, küçədə, həyətdə onun özünü necə apardığını bilməməsi, övladının dostlarını tanımaması səbəb olur, eləcədə sadalanan digər səbəblər. Valideyn övladına daim nəzarət etməlidir, gizli və aşkar. Əgər uşağın davranışlarında aqressiya görünürsə, izah etməlidir ki, bu yanlışdır, ziyanlıdır. Yeri gələndə tənqid etməlidir. Küçə jarqonu ilə danışmasını irad tutmalıdır ona. Məktəb psixoloqları da iş aparmalıdır şagirdlərlə. Məktəb psixoloqlarını son zamanlar çox hallandırırıq. Hesab edirəm ki, yaxşı pedaqoq həm də təcrübəli psixoloqdur. Sinifdə müəllim həm pedaqoq kimi, həm də psixoloq kimi davranırsa, o sinfin şagirdlərinin yanlış istiqamətlərə yönəlməsi ehtimalı aşağıdır. Dünənədək (30-40 il əvvəl) məktəblərdə ayrıca psixoloq ştatı yox idi, müəliimlər şagirdlərlə yeri gələndə tərbiyəvi söhbət aparırdılar. Doğrudur, müəllim nüfuzu çox şeyi həll edir. Amma biz indi deyə bilmərik ki, nüfuzlu müəllimlər yoxdur, yaxud azdır, şagirdlərlə ünsiyyət qura bilmirlər və sair. Yüksək ixtisaslı, bacarıqlı, uşaqlarla lazımi şəkildə davrana bilən pedaqoqlarımız çoxdur. Lakin bunu da nəzərə almalıyıq ki, uşaqlar bir çox istiqamətlərdən təhlükələrlə üz-üzədirlər. Dediyim kimi, müasir texnologiyalar, internet resursları, smartfonlarda müxtəlif platformalara sərbəst giriş imkanı uşaqlarımız üçün böyük təhlükə daşıyır. Ona görə də problemə birtərəfli yanaşma müsbət nəticə əldə etməyimizə mane olar. Problem bir çox istiqamətlərdən həllini tapmalıdır. Ailə-məktəb-cəmiyyət üçlüyü ayrılmaz bağlarla birləşərək yeniyetmələrin sağlam gələcəyini, həyatda doğru yolu tapmalarına kömək etməlidirlər. Məktəbin üzərinə düşən vəzifə hər bir şagird haqqında müəyyən məlumatlara malik olmaq, ailələrlə əməkdaşlıq etməkdir. Ancaq birgə fəaliyyətlə biz övladlarımızı yanlış yoldan çəkindirə bilərik. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri