“Borussiya” “Der Klassiker”də yenə uduzmadı
Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tur “Leyptsiq”in səfərdə “Volfsburq”u məğlub etməsi ilə start götürdü.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi dəyişikliyindən sonra nəticələri düzəlməyə başlayan “öküzlər” ardıcıl 2-ci qələbə sayəsində “ÇL zonası”na yüksəldi.
Birdən-birə böhrana düşən “canavarlar”ın isə ardıcıl 4-cü turu xalsız tamamladığını bildirək.
Digər matçlarda da maraqlı nəticələr qeydə alındı. Deyəsən, “Bayer-04” titulu qoruya biləcəyinə artıq özü də inanmır.
Xabi Alonsonun komandası son həftələrdə hücumda ciddi problemlər yaşayır.
Leverkuzen klubu ötən həftə səfərdə “Haydenhaym”ı son anlarda gələn qolla məğlub etmişdisə, bu dəfə evdə iddiasız “Union”un müqavimətini qıra bilmədi.
Paytaxt təmsilçisinin məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi.
Tam oxu
Xəbəri oxu