Icma.az
close
up
RU
“Borussiya” “Der Klassiker”də yenə uduzmadı

“Borussiya” “Der Klassiker”də yenə uduzmadı

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tur “Leyptsiq”in səfərdə “Volfsburq”u məğlub etməsi ilə start götürdü.

"Football-plus.az" xəbər verir ki, baş məşqçi dəyişikliyindən sonra nəticələri düzəlməyə başlayan “öküzlər” ardıcıl 2-ci qələbə sayəsində “ÇL zonası”na yüksəldi. Birdən-birə böhrana düşən “canavarlar”ın isə ardıcıl 4-cü turu xalsız tamamladığını bildirək.
Digər matçlarda da maraqlı nəticələr qeydə alındı. Deyəsən, “Bayer-04” titulu qoruya biləcəyinə artıq özü də inanmır. Xabi Alonsonun komandası son həftələrdə hücumda ciddi problemlər yaşayır. Leverkuzen klubu ötən həftə səfərdə “Haydenhaym”ı son anlarda gələn qolla məğlub etmişdisə, bu dəfə evdə iddiasız “Union”un müqavimətini qıra bilmədi. Paytaxt təmsilçisinin məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi. “Frayburq”, “Auqsburq”, “Sankt Pauli” və “Verder”in səfər qələbələri diqqəti çəkdi. Özü də bu qələbələr, demək olar, eyni ssenari ilə əldə olundu. Bu 4 komandanın hər biri qələbə qolunu 90-cı dəqiqədən sonra vurdu! Deyəsən, ÇL-ə düşmək perspektivi “Maynts-05”i yaman qorxutdu. Səfərdə “Hoffenhaym”a uduzan “karnavalçılar” ardıcıl 4-cü turda qələbəyə həsrət qalmaqla “ÇL zonası”nı tərk etdi. Halbuki bu komanda 25-ci turu 3-cü pillədə tamamlamışdı.
“Kəndçilər”dən başqa bu tur evdə qalib gələn digər komanda “Ayntraxt” oldu. AL-də “Tottenhem”lə cavab oyunu ərəfəsində “Haydenhaym”ı darmadağın edən Frankfurt təmsilçisi 3-cü pillədəki mövqeyini bir qədər də gücləndirdi. Turun bəzəyi sayılan “Der Klassiker”də isə bütün maraqlı hadisələr 2-ci hissəyə təsadüf etdi. “Bayer-04” bu tur xal itirdiyindən Münhen nəhəngi bu oyuna rahat çıxmışdı. Amma qonaqların 2-ci hissənin əvvəllərində vurduğu qol “rekordmayster”i hücumda fəallaşmağa vadar etdi. Kompaninin əvəzetmələri də işə yaradı. Sonradan meydana çıxan futbolçuların qısa müddət ərzində vurduğu qollar sayəsində “Bavariya” məğlub durumdan qalib duruma keçdi. Amma qələbə hesabını qorumaq mümkün olmadı. Hücuma qoşulan mərkəz müdafiəçisi Anton qapıçının qaytardığı topu tora göndərməklə “arılar”ı məğlubiyyətdən xilas etdi.
Beləliklə, zirvədə 6 xallıq fərq dəyişmədi və “Bavariya” çempionluğa bir addım da yaxınlaşdı. “Borussiya”nın ardıcıl 3-cü “Der Klassiker”də uduzmaması diqqəti çəkdi (2 qələbə, 1 heç-heçə). Bu, 2013-dən, yəni Yürgen Kloppun dönəmindən bəri dortmundluların prinsipial rəqibə qarşı ən yaxşı seriyasıdı.
29-cu tur
Bavariya – Borussiya D 2:2

Gerreyro, 65. Qnabri, 69 – Bayer, 48. Anton, 75. (75000)
Bavariya: Urbiq, Laymer, Dayer, Kim Min Ce (Gerreyro, 54), Stanişiç, Kimmix, Qoretska (Pavloviç, 63), Olise, Müller (Koman, 81), Sane (Qnabri, 63), Keyn.
Borussiya: Kobel, Ryuyerson, Zyule (Bensebayni, 81), Anton, Əmrə Can, Svensson, Salih Özcan (Çukvuemeka, 71), Qross, Brandt (Nmeça, 71), Bayer (Adeyemi, 81), Girassi.
Bayеr-04 – Union 0:0
(30000)
Bayer-04: Qradetski, Frimponq, Tapsoba (Artur, 74), Ta, İnkapye, Qrimaldo (Bonifeys, 74), Caka, Qarsiya (Virts, 57), Palasios (Y.Hofmann, 86), Tella (Adli, 46), Şik.
Volfsburq – Leyptsiq 2:3
Fişer, 58. Skov Olsen, 75 – Openda, 11. Simons, 26; 49. (25000)
Leyptsiq: Qulaçi, Nedelkoviç (Qeertruyda, 75), Klostermann, Bitşiabu, Lukeba, Zayvald, Vermeeren (Kampl, 71), Baku (Baumqartner, 71), Simons (Aydara, 75), Şeşko, Openda (Poulsen, 77).
Ayntraxt F – Haydenhaym 3:0
Bahoya, 10. Kox, 42. Ekitike, 71. (57500)
Ayntraxt: Santos, Kristensen (Kollins, 61), Kox, Tuta, Teate, Skiri, Höylunn (Larsson, 70), Çaibi, Can Uzun (Braun, 61), Bahoya (Götse, 70), Ekitike (Vahi, 76).
Hoffеnhaym – Maynts-05 2:0
Kramariç, 4; 32. (20000)
Ştutqart – Verder 1:2
Sterjiu, 19 – Berk, 32; 90. (60000)
Borussiya M – Frayburq 1:2
Günter, 14-öz qapısına – Osterhaqe, 16. Manzambi, 90. (51000)
Bohum – Auqsburq 1:2
F.Hofmann, 60 – Essende, 16. Mərt Kömür, 90. (25000)
Holştayn – Sankt Pauli 1:2
Bernardsson, 21 – Sinani, 34. Geşvill, 90+2. (15034)
1. Bavariya 29 21 6 2 83-29 69
2. Bayer-04 29 18 9 2 63-34 63
3. Ayntraxt F 29 15 6 8 58-42 51
4. Leyptsiq 29 13 9 7 47-37 48
5. Maynts-05 29 13 7 9 46-34 46
6. Frayburq 29 13 6 10 40-45 45
7. Borussiya M 29 13 5 11 46-43 44
8. Borussiya D 29 12 6 11 54-45 42
9. Verder 29 12 6 11 47-54 42
10. Auqsburq 29 11 9 9 33-40 42
11. Ştutqart 29 11 7 11 52-46 40
12. Volfsburq 29 10 8 11 51-45 38
13. Union 29 9 7 13 26-40 34
14. Hoffenhyaym 29 7 9 13 36-52 30
15. Sankt Pauli 29 8 5 16 25-35 29
16. Haydenhaym 29 6 4 19 32-56 22
17. Bohum 29 5 5 19 29-61 20
18. Holştayn 29 4 6 19 40-70 18
Bombardirlər: Keyn (Bavariya) – 23, Şik (Bayer-04) – 17, Girassi (Borussiya D), Marmuş (Ayntraxt F), Burkardt (Maynts-05), Klayndinst (Borussiya M) – 15.
Növbəti turun oyunları aprelin 19-20-də keçiriləcək: Auqsburq – Ayntraxt F, Borussiya D – Borussiya M, Frayburq – Hoffеnhaym, Haydenhaym – Bavariya, Maynts-05 – Volfsburq, Leyptsiq – Holştayn, Sankt Pauli – Bayеr-04, Union – Ştutqart, Verder – Bohum.
Turun rəqəmi
29 – indiyəqədərki karyerasını yalnız “Bavariya”ya həsr edən və bir sıra rekordların müəllifi olan Tomas Müller adını “Der Klassiker” tarixinə də yazdırdı. O, “Bavariya” – “Borussiya” duelində ümumilikdə 29-cu dəfə forma geyməklə Mats Hummelsə məxsus rekordu təkrarladı. Hummels “Der Klassiker”də hər iki klubun formasında meydana çıxıbsa, Müller bu qədər oyunu yalnız münhenlilərin heyətində keçirib. Amma o, rekordun təkbaşına sahibi ola bilməyəcək. Çünki mövsümün sonunda Münheni tərk edəcək.
Turun ulduzu
Xavi Simons (Leyptsiq) – bu tur üç futbolçu özünü daha yaxşı göstərədi. Xavi Simonsla yanaşı, “Hoffenhaym”lı Kramariç və bundesliqada ilk dəfə bir oyuna iki qol vuran “Verder”li Berk də dubl etdi. Amma biz son dönəmlər məhsuldarlığı artan niderlandlı yarımmüdafiəçiyə üstünlük veririk. Simons “Leyptsiq”in son 6 ev oyununun 4-də qol vurmağı bacarıb. Ötən mövsüm bundesliqada 32 oyunda 8 qol vuran 21 yaşlı futbolçu bu mövsüm cəmi 21 oyun keçirməsinə baxmayaraq, artıq 9 dəfə fərqlənib.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Borussiya”nın vurduğu ilk qol oyunun axarını tam dəyişdi. Özümüzdə güc taparaq 2 qol vurduq. Amma 2:1-dən sonra “Borussiya”nın sərgilədiyi oyun onların “Barsa”ya qarşı sərgilədiyi oyundan çox fərqləndi. Açığı, hesab açılandan sonra meydanda başverənləri izləmək üçün mən də böyük məmnuniyyətlə bu oyuna bilet alıb tribunada əyləşərdim. Amma bir məşqçi kimi belə açıq oyundan razı qala bilmərəm. Əsas odu ki, ən yaxın izləyicimizlə xal fərqinin azalmasına imkan vermədik. Bu da onu göstərir ki, bu komandada xarakter və inam var”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:278
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri