Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir. Şərqlə Qərbin kəsişməsində, mühüm geosiyasi mövqedə, eləcə də tarixən formalaşmış əh
Eyni zamanda, ölkəmiz iqtisadi cəhətdən də qüdrətli dövlətə çevrilib.
Paytaxtımızda tez-tez keçirilən mötəbər beynəlxalq tədbirlər dövlətimizin nüfuzunun yüksəlməsinin daha bir göstəricisidir.
Noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un uğurla keçirilməsi də ölkəmizin siyasi nüfuzunun yüksəlməsinə daha bir töhfə oldu.
Yeri gəlmişkən, qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilər də bu cür tədbirlərin ünvanına çevrilib.
Birmənalı şəkildə demək mümkündür ki, Azərbaycan son illərdə regional miqyasdan çıxaraq qlobal aktora çevrilib.
Lakin bu uğurları gözü götürməyən, ölkəmizə qısqanclıqla yanaşan qüvvələr də iş başındadırlar.
Onlar daxildə qarışıqlıq salmaq cəhdlərindən bir an da olsun əl çəkmirlər.