Icma.az
close
up
RU
Diplomat, yoxsa casus?!

Diplomat, yoxsa casus?!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Şərqlə Qərbin kəsişməsində, mühüm geosiyasi mövqedə, eləcə də tarixən formalaşmış əhəmiyyətli nəqliyyat yollarının üzərində yerləşən Azərbaycanın dünyada rolu, önəmi və nüfuzu gündən-günə artır. Eyni zamanda, ölkəmiz iqtisadi cəhətdən də qüdrətli dövlətə çevrilib. Paytaxtımızda tez-tez keçirilən mötəbər beynəlxalq tədbirlər dövlətimizin nüfuzunun yüksəlməsinin daha bir göstəricisidir.

Noyabrın 11-22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un uğurla keçirilməsi də ölkəmizin siyasi nüfuzunun yüksəlməsinə daha bir töhfə oldu. Yeri gəlmişkən, qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilər də bu cür tədbirlərin ünvanına çevrilib. Birmənalı şəkildə demək mümkündür ki, Azərbaycan son illərdə regional miqyasdan çıxaraq qlobal aktora çevrilib.

Lakin bu uğurları gözü götürməyən, ölkəmizə qısqanclıqla yanaşan qüvvələr də iş başındadırlar. Onlar daxildə qarışıqlıq salmaq cəhdlərindən bir an da olsun əl çəkmirlər. Hər dəfə uğursuzluğa düçar olmalarına, necə deyərlər, oxlarının daşa dəyməsinə baxmayaraq, onlar yenə də öz əməllərindən əl çəkmir, bədxah fəaliyyətlərini davam etdirirlər. Müstəqillik dövründə, xüsusilə 2000-ci illərdən etibarən xarici qüvvələr dəfələrlə Azərbaycanda “narıncı inqilab” etməyə cəhd ediblər. Təəssüf ki, daxildəki bir qrup insan onların oyunlarında alətə çevrilib.

Heç kəsə sirr deyil ki, bəzi Qərb ölkələrinin Azərbaycandakı səfirlikləri öz dövlətlərinin müvafiq qurumlarından aldıqları təlimata uyğun olaraq daxildə qarışıqlıq salmaq işində mühüm rol oynayırlar. Söhbətin hansı ölkələrdən getdiyi də oxucular üçün sirr olmamalıdır. Avropa İttifaqına üzv olan bəzi ölkələrin, ABŞ-nin səfirlikləri rəsmi tədbirlərdə tərəfdaşlıqdan, əməkdaşlıqdan dəm vursalar da, gizli şəkildə radikal müxalifətə, bəzi ictimai-siyasi fəallara, müxtəlif QHT rəhbərlərinə, hüquq müdafiəçiləri və vəkillərə təlimatlar verirlər. Onların təlimatına, ayırdıqları qrantlara uyğun olaraq, həmin qüvvələr daxildə nifaq salmaqla məşğuldurlar.

Eyni zamanda, bəzi Qərb ölkələrinin səfirlikləri zaman-zaman ölkəmizə diplomat adı altında xüsusi xidmət orqanları əməkdaşlarını da göndərirlər. Yeri gəlmişkən, qeyd edək ki, bununla da onlar “soyuq müharibə” dövründə formalaşmış məlum ənənədən əl çəkmək niyyətində olmadıqlarını ortaya qoyurlar. Həmin dövrdə casuslar “diplomatik örtük” altında gizlənirdilər. Ancaq bir neçə həftədən sonra SSRİ-nin dağılmasının 33-cü ilinin tamam olmasına, “soyuq müharibə”nin başa çatmasına baxmayaraq, Qərbin xüsusi xidmət orqanlarının iş üslubunun dəyişmədiyi aydın olur. Bu iş üslubunun “üstünlüyü” ondadır ki, diplomatik orqan əməkdaşının casusluqla məşğul olduğunu ifşa edən tərəfin əlində konkret sübutlar olsa belə, o, ən pis halda “persona non qrata” (arzuolunmaz şəxs–S.H.) elan olunur və ölkədən çıxarılır. Yəni, diplomatik immunitet müvafiq ölkənin xeyrinə casusluqla məşğul olan şəxsin həbsinə imkan vermir. “Diplomatik örtüyü” olmayan kəşfiyyatçının isə güzəşt şansı yoxdur. Buna görə də Qərb dövlətləri diplomat adı altında ölkələrə xüsusi xidmət orqanları əməkdaşlarını yerləşdirirlər.

Qeyd etdiyimiz kimi, Azərbaycan da müxtəlif dövlətlərin ciddi şəkildə maraq dairəsinə daxildir. Bu məqamda 2023-cü il dekabrın 4-də casusluqda şübhəli bilinən Fransa vətəndaşı Martin Rayanın həbsini xatırlatmaq yerinə düşər. Azərbaycan tərəfi onun Fransanın Bakıdakı səfirliyində işləyən fransız Xarici Kəşfiyyat Xidməti – DGSE-nin əməkdaşları ilə əlaqədə olduğunu müəyyən edib. Dekabrın 26-da Fransa səfiri Ann Buayon Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və ona “Fransa diplomatik missiyasının iki əməkdaşı”na Azərbaycan hökuməti tərəfindən “persona non qrata” elan edilməsi barədə məlumat verilib. Həmin şəxslərə 48 saat ərzində Azərbaycan ərazisini tərk etmələri barədə göstəriş verilib və Fransa səfirinə Xarici İşlər Nazirliyindən müvafiq nota verilib.

ABŞ səfirliyi də bu baxımdan istisna deyil. Onların “casus vasitələri” onilliklər ərzində dəyişmir. Bura radikal müxalifətin fəaliyyətini kurasiya etmək, “humanitar məsələlər və yardım”, “regionlarda gənclər üçün təlimlər və onların aktivləşdirilməsi”, “feministlər” və sair daxildir. Qeyd etdiyimiz kimi, ABŞ səfirliyinin bu istiqamətdəki səyləri 2003-cü ildən etibarən hər zaman boşa çıxıb. Ancaq bu, Azərbaycanda vəziyyəti, belə demək mümkünsə, daxildən sarsıtmaq cəhdlərindən əl çəkmək demək deyil. Birləşmiş Ştatların səfirliyi də bu “aksiyada” fəal rol oynayır.

Bu istiqamətdə caliber.az saytında yerləşdirilmiş material diqqəti cəlb edir. Bildirilir ki, redaksiyaya məlumatlı mənbələrdən daxil olan mötəbər informasiyaya görə, ABŞ səfirliyində Azərbaycan müxalifətinin və özünü müstəqil adlandıran medianın fəaliyyətinə diplomatik nümayəndəliyin siyasi istiqamətinə cavabdeh olan əməkdaş Diana Braun nəzarət edir. O, faktiki olaraq, bu qüvvələrin kuratorudur. Braun 1973-cü ildə Ukraynada anadan olub. Daha sonra ABŞ-a miqrasiya edib və orada vətəndaşlıq alıb. Onun haqqında açıq mənbələrdən aşağıdakı məlumatlar məlumdur: Braun 2013-2015-ci illərdə Narkotik maddələrin beynəlxalq dövriyyəsinə qarşı mübarizə və hüquq-mühafizə fəaliyyəti bürosunda, 2016-2018-ci illərdə Varşavadakı ABŞ səfirliyində, 2018-2019-cu illərdə ABŞ-nin Əfqanıstandakı səfirliyində, 2019-2020-ci illərdə Vaşinqtonda Çoxtərəfli əlaqələr ofisində iqtisadi mütəxəssis, 2022-2023-cü illərdə “Google” şirkətində, 2023-2024-cü illərdə isə Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda işləyib. 2024-cü ildən ABŞ-nin Bakıdakı səfirliyində siyasi məsləhətçidir. İngilis dilindən əlavə Azərbaycan, fars, polyak, rus və Ukrayna dillərini sərbəst bilir. Braunun maraq dairəsinə Rusiya, Ukrayna, Cənubi və Şərqi Avropa, Yaxın Şərq kimi ölkə və regionlar daxildir.

Doğrudur, sayt prokuror rolunda çıxış etmir və Braunu Amerika kəşfiyyat xidmətlərində işləməkdə ittiham etməyə və ona “casus” damğası vurmağa tələsmir. Hərçənd, bəzi məlumatlara görə, onun Federal Təhqiqatlar Bürosunda (FBI) 8 illik iş təcrübəsinin olduğu qeyd edilir. Eyni zamanda, bildirilir ki, rəsmi vəzifəsi “ABŞ səfirliyinin siyasi müşaviri” olan Braun Azərbaycanın müxalif media resurslarının və vətəndaş cəmiyyəti üzvlərinin maliyyələşdirilməsi prosesində fəal iştirak edir. Onun işlədiyi şəxslər arasında bir müddət əvvəl barəsində həbs qətimkan tədbiri seçilmiş aktivist Rüfət Səfərov da var. Bu səbəbdən bir sıra Qərb səfirlikləri və beynəlxalq təşkilatlar dərhal Səfərovun müdafiəsinə qalxıblar. Yeri gəlmişkən, məhz D.Braun ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə görüş üçün Səfərovun seçilməsinin təşəbbüskarı olub. Bundan sonra aktivist yeni “müxalifət lideri” kimi tanıdılmalı idi. Ancaq məlum olduğu kimi, Səfərov məişət zəminində baş vermiş insidentə görə həbs edildi və onun okeanın o tayına getmək istəyi uğursuzluğa düçar oldu.

Eyni zamanda, D.Braun fəalların köməyi ilə Azərbaycanın müxtəlif məmurları haqqında mənfi məlumatlar toplamaqla məşğuldur. Güman etmək olar ki, bu cür fəaliyyətlər məqsədsiz deyil. Məqsəd bu məlumatların Vaşinqtona faydalı olan müəyyən qərarların qəbul edilməsinə təsir göstərmək naminə bayağı şantaj, habelə ictimai rezonans yaratmaq, ölkədə müxalif əhval-ruhiyyəni qızışdırmaq üçün səfirliyin nəzarətində olan mediaya ötürülməsi ola bilər.

Onu da bildirək ki, dekabrın 4-də ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqının Azərbaycandakı səfirlikləri onlarla əməkdaşlıq edən yerli hüquq müdafiəçiləri, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil ediblər. BMT Baş Assambleyasının 1948-ci il dekabrın 10-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul etməsi münasibətilə 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u qeyd edilən Beynəlxalq İnsan Hüquqları Günü təşkil olunan qəbulda ABŞ səfiri Mark Libbi də çıxış edib. O, “fundamental azadlıqlarından istifadə etdiklərinə görə” həbs olunanların hamısının azadlığa buraxılmasına çağırış edib.

Elə həmin günün axşamı Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq, səslənən bəyanatları qətiyyətlə rədd etdiyini bildirib. “ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanılması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir” – deyə XİN bildirib. Vurğulanıb ki, istintaqın gedişinə və məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi ilə ziddiyyət təşkil edir.

Bu tədbirdən bir gün öncə – dekabrın 3-də isə səfir Libbi səhhətinə görə diplomatik xidmətdən istefa verdiyini elan edib. Yaxşı olardı ki, o, Azərbaycanı tərk edərkən əməkdaşı D.Braunu özü ilə birgə vətəninə aparsın. Çünki Azərbaycan dövləti onunla maraqlansa, xanım Braunun hərəkətlərinin “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyasının müddəalarına uyğunluğu ilə bağlı məntiqi sual yaranacaq. “Persona non-qrata” elan edilməkdənsə, könüllü şəkildə getmək daha yaxşıdır. Əgər xanım Braun buna baxmayaraq Azərbaycanda qalmaq qərarına gəlsə və gördüyü işləri davam etdirsə, o zaman onun fəaliyyətinə ölkədən xaricedilmə ilə son qoyula bilər.

Bu istiqamətdə fikirlərini öyrəndiyimiz politoloq İlyas Hüseynov bildirdi ki, adətən, Qərbin müxtəlif dövlətlər daxilində öz planlarını reallaşdırmaq cəhdləri hər bir vasitə ilə həyata keçirilir. Qərb bəzi ölkələrdə silahlı qrupları dəstəkləyir, bəzi ölkələrə qarşı informasiya müharibəsi aparır, bəzən də səfirliklərdən baza kimi istifadə edir: “Aydındır ki, bu, milli təhlükəsizliyin sarsıdılması, dövlətin təməl sütunlarının laxladılması üçün fəaliyyətdir. Biz bu hibrid texnologiyaları və dövlətin daxili işlərinə qarşımaq cəhdlərini aydın şəkildə görürük. Buna qədər də müvafiq dövlət orqanları Fransanın xüsusi xidmət orqanlarına bağlı ayrı-ayrı şəxsləri ifşa edib, onlar “persona non qrata” elan olunub. Səfir XİN-ə dəvət edilib, ona etiraz notası verilib. Ötən il bu vaxt baş verənlər Fransa dövlətinin məkrli niyyətinin ifşası kimi yadda qalmışdı. Daha sonra biz gördük ki, Azərbaycanın uğurlu təhlükəsizlik zirehinin formalaşması və Fransa kəşfiyyatının ölkəmizlə bağlı fəaliyyətinin ifşası Parisdə böyük istefalara gətirib çıxardı. Yəni, bu, Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu cavabı və ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan şəxslərin peşəkarlığının nəticəsi idi”.

Politoloq qeyd etdi ki, eyni zamanda, ABŞ də müxtəlif şəxslər vasitəsilə ölkəmizdə bəzi qüvvələrin maliyyələşdirilməsini öhdəsinə götürür, ayrı-ayrı bank hesabları açılır, xaricdəki bank hesabları bu prosesə cəlb olunur. Ölkəmizdə ayrı-ayrı şəxslərə xüsusi dəstək göstərilir, onlara imtiyazlar, vizalar verilir, səfərləri təşkil olunur. Çirkin məqsədlər bu yolla icra olunmaqdadır: “Diana Braun barədə olan məlumatlar dəqiq formada, dövlətin müvafiq qurumları tərəfindən ifşaedici faktlarla ortaya qoyularsa, hesab edirəm ki, bu ABŞ-nin nəinki regionda, bütün dünyada nüfuzuna mənfi təsir göstərəcək. Lakin Vaşinqton bu fəaliyyətini heç gizlətmir də. Belə hallar yaxın keçmişdə dəfələrlə baş verib. Gürcüstan, Ukrayna, Moldova ərazisində həyata keçirilmiş bu cür pozucu və destruktiv planları hər kəsə bəllidir. Onlar dəfələrlə ifşa olunublar. Ardınca isə müxtəlif şəxslər yarımçıq planların icrasına davam ediblər”.

Müsahibimiz onu da bildirdi ki, D.Braun barədə mediada əksini tapan faktlar əsassız deyil. Yaxşı olardı ki, Vaşinqtonun yeni administrasiyası Bakı ilə səmimi əməkdaşlığa can atsın. Ölkəmizin regionda sülh quruculuğu istiqamətində irəli sürdüyü təşəbbüsləri, dünyada ekoloji tarazlığın qeydinə qalmasını qiymətləndirsin. Pozuculuğa isə adekvat cavab veriləcək.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Dekabr 2024 10:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see196

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see187

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see175

“Sabah”ın legioneri ehtiyatda qaldı

24 Sentyabr 2026 21:13see168

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see166

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see158

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see157

Finlandiyanın ən qədim luna parkı 138 ildən sonra bağlanır SƏBƏB

24 Sentyabr 2026 20:31see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri