Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. Kubra Məhərrəmova yazır... Allahın elə bir günü yoxdur ki, qara xəbər almayaq.
Hər gün bir qadın ya kimsə tərəfindən öldürülür, ya da öz canına qıyır, sanki elə belə də olmalıdır.
Sonra da öldürülənlərin qohum-əqrəbası çıxıb deyir ki, "bəs gəlinim aydan-arı, sudan-duru idi". Öləndən sonra ha təriflə, nə olsun?
Qayıdacaqmı o gəlin üç balasının yanına?! Birinin meyiti soyumamış digərinin xəbərini aldıq, 19 yaşlı Ləman Məmmədli qız toyundan sonra canı
19 yaş... Atası Murad Bayramov isə deyir ki, "qız könüllü ərə gedib, özü istəyib.
Qız toyundan sonra oğlan evi dava elədi ki, gəlinliyi çox açıq-saçıqdır. Dava-dalaşa dözməyən qız canına qıydı".
Burada bir haşiyə, bu dərəcədə "ciddi", "namus-qeyrət" ovçusu olan oğlan tərəfi necə olub ki, qızın gəlinlik seçiminə əvvəldən müdaxilə etməyib?
Bunu evdən çıxaranda görməyiblər ki, əynində nə var? İkincisi, heç bir gəlin özü gedib gəlinlik seçmir.