Gedirəm Bakıya, şair olmağa!
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Furqan Günlərin bir günü, feysbuk hesabımda belə bir xəbərdarlıqla qarşılaşdım... Və məni gülmək tutdu.
Çünki artıq neçənci dəfə idi, ingilis dili öyrənməyə başlamış, sonra həvəsdən düşərək başladığım işi yarımçıq qoymuşdum.
Bu bildirişin şəklini yenidən feysbuk hesabımda paylaşaraq yazdım: "Telefonum da ingilis dilində mənim kimi danışır".
Amma bu bildiriş məni həm də xeyli düşündürdü: niyə bir çox işim yarımçıqdır?
Başladığım, bitirə bilmədiyim bir çox iş gözümün qabağına gəldi.
Bitirə bilmədiyim yazılar, hekayələr kompüterimin yaddaşında fayl şəklində qalmışdı.
Müəyyən fasilələrlə mənə ingilis dili öyrədən "Dualingo" proqramı telefonumda səbirsizliklə gözləyirdi ki, geri qayıdım.
Tam oxu
Xəbəri oxu