Icma.az
close
up
RU
Gedirəm Bakıya, şair olmağa!

Gedirəm Bakıya, şair olmağa!

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Furqan

Günlərin bir günü, feysbuk hesabımda belə bir xəbərdarlıqla qarşılaşdım...

Və məni gülmək tutdu. Çünki artıq neçənci dəfə idi, ingilis dili öyrənməyə başlamış, sonra həvəsdən düşərək başladığım işi yarımçıq qoymuşdum. Bu bildirişin şəklini yenidən feysbuk hesabımda paylaşaraq yazdım:

"Telefonum da ingilis dilində mənim kimi danışır".

Amma bu bildiriş məni həm də xeyli düşündürdü: niyə bir çox işim yarımçıqdır?

Başladığım, bitirə bilmədiyim bir çox iş gözümün qabağına gəldi. Bitirə bilmədiyim yazılar, hekayələr kompüterimin yaddaşında fayl şəklində qalmışdı. Müəyyən fasilələrlə mənə ingilis dili öyrədən "Dualingo" proqramı telefonumda səbirsizliklə gözləyirdi ki, geri qayıdım. Bəs mən nəyi gözləyirdim?!

Çatışmayan nə idi, görəsən?!

Və çatışmayan nəsnənin nə olduğunu, əslində, çox yaxşı bilirdim: motivasiya.

I KADR: OXUMALISAN!

XX əsrin əvvəllərində Los-Ancelesdə, barlardan birində işləyən bir pianoçu görürük. Hər gün digər iki musiqiçi dostu ilə bara gələn qonaqların musiqi sifarişlərini yerinə yetirən pianoçu bir dəfə çıxılmaz vəziyyətə düşür. Barın daimi müştərilərindən olan imkanlı bir şəxs pianoçuya mahnı oxumasını əmr edir. Pianoçu bu istəkdən boyun qaçıraraq deyir:

"Mən pianoçuyam, piano çalıram, mahnı oxumuram".

Qonaq nə qədər israr etsə də, pianoçu sözündən dönmür. Nəhayət, imkanlı qonaq bar sahibinə şikayətini bildirir və daimi müştərisini itirmək istəməyən bar sahibi pianoçunu mahnını oxumasa, işdən qovacağı ilə hədələyir.

Çarəsiz qalan pianoçu qonağın israrla sifariş etdiyi mahnını oxumağa başlayır. Həmin pianoçu az müddət sonra məşhur müğənniyə çevriləcək olan Nat Kinq Kol (Nat King Cole) idi.

II KADR: BEYİN XƏRÇƏNGİ

42 yaşındasan. Müxtəlif narahatlıqlar keçirərək müraciət etmək məcburiyyətində qaldığın həkim sənə dəhşətli bir diaqnoz qoyub: beyin xərçəngi!

Tezliklə öləcəksən. Ölüb gedəcəksən. Bir neçə ay, uzağı bir il ömrün qalıb.

Və fikirləşirsən ki, ölüb gedəndən sonra mənsiz qalan ailəm nə edəcək? Günlərlə bunu düşünürsən.

1959-cu ildir. Bir neçə ayı qalan ömründə hansı işi görə bilərsən ki, sənə xeyli qazanc gətirsin və həmin gəlir sən öləndən sonra ailənin əlindən tutsun?!

Çox götür-qoy edəndən sonra başlayırsan kitab yazmağa. Gecə-gündüz yazırsan. Ümid edirsən ki, yazdığın əsərlər, romanlar maraqlı olacaq, nəşriyyatlar tərəfindən kitab halına salınacaq, çap ediləcək və oxucular tərəfindən seviləcək. Ən əsası, sən öləndən sonra da gəlir gətirəcək.

Bir il ərzində beş roman yazıb məşhurlaşırsan. Ümid etdiklərin gerçəyə çevrilir.

Və bir ildən sonra yenidən həkim yoxlanışında öyrənirsən ki, sənə qoyulan diaqnoz yanlış imiş.

Haqqında danışdığımız yazıçı Antoni Barces (Anthony Burgess) 76 illik ömründə əllidən çox kitab yazıb. Bəs görəsən, ona səhv diaqnoz qoyulmasaydı, yazıçı olacaqdımı?! "Mexaniki portağal" romanı və digər əsərləri mövcud olacaqdımı?

III KADR: OLİMPİYA ÇEMPİONU

Gördüyünüz foto 1960-cı ildə çəkilib.

Həmin il Yay Olimpiya oyunları Romada keçirilmişdi. Şəkildəki atletlərdən ən öndə olanı Amerikanı təmsil edən Vilma Rudolfdur (Wilma Rudolph).

1940-cı ildə dünyaya gələn Vilma Rudolf hələ körpə olarkən iflic olmuşdu. Həkimlər onun bir daha gəzə bilməyəcəyini deyirdilər.

Lakin biz onu 16 yaşında,1956-cı ildə Avstraliyanın Melburn şəhərində keçirilmiş Yay Olimpiya oyunlarında qaçış üzrə bürünc medal alarkən görürük. Yuxarıdakı fotonun çəkildiyi il isə, Vilma Rudolf qaçış üzrə üçqat olimpiya çempionu olur. O, bunu bacaran ilk amerikalı qadın idmançıdır.

11 yaşına qədər çəliksiz gəzə bilməyən bir qızcığaz necə olur ki, 16 yaşında qaçış üzrə bürünc medal qazanır?!

Təbii ki, özünə inanmağın sayəsində.

IV KADR: GEDİRƏM BAKIYA, ŞAİR OLMAĞA!

Nat Kinq Koldan, Antoni Barcesdən, Vilma Rudolfdan danışandan sonra qayıdıram ölkəmizə. Bir kadr da özümüzdən olsun.

Gənc yaşlarından şeirləri ilə məşhurlaşan Seyran Səxavətin öz həyat yolu haqqında yazdığı "Qaçaqaç" adlı bir romanı var. Həmin romandan oxuyuruq bu hadisəni.

Şair kimi tanındığı vaxtlarmış, günlərin birində Seyran Səxavətə bir gənc yaxınlaşır.

- Mən kənddən gəlmişəm, - deyir, - şeir yazıram. Şeirlərimdən bir neçəsini oxuyum, qulaq as, gör necədi?! Əgər yaxşıdırsa, Bakıda qalacam, yaxşı deyilsə, kəndə qayıdacam.

Həmin gənc nənəsi ilə yaşayırmış. Bir gün qoyun otaranda yerdə qəzet səhifəsi görür. Qəzet səhifəsində Seyran Səxavətin şeirləri, gənc şair haqqında məlumat və şair Qasım Qasımzadənin Seyran Səxavət haqqında yazdığı kiçik bir "Uğurlu yol" məqaləsi var imiş. Qoyun otaran cavan oğlan yerdən tapdığı qəzet səhifəsini oxuyandan sonra qoyunları qatır qabağına. Evə gəlib nənəsinə deyir ki, nənə, mən gedirəm Bakıya, şair olmağa.

Nənəsindən yolpulu və cibxərcliyi alaraq Bakıya gələn, Seyran Səxavəti tapan, ona öz şeirlərini oxuyan və yaşıdı olan bu tanınmış şairin köməyi ilə şeirləri mətbuata ayaq açan həmin cavan oğlan, çox keçmir ki, bütün ölkədə şair kimi məşhurluq qazanır.

Və istəyirəm, dörd bildirişlə başlayıb sizə dörd kadrı göstərdiyim yazıya türk yazıçı Sunay Akın kimi nöqtə qoyum: Həmin cavan oğlan Nüsrət Kəsəmənlidən başqası deyildi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Sentyabr 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri