Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. - Böyüyündən ver də. - Böyüyündən yoxdur. - Orada var, görürəm.
- O çox böyükdür. 2 litrdir. - Ver də, burada nə var e. Ver...
- Köşkün qarşısında müştəri narazı tonla yarım litrlik kolaya etiraz edir, götürüb gedə bilmir. Satıcını yorur.
Özündən razı, gödəkçəsiz bir nəfər - soyuqdan donduğu hiss olunurdu, büzüşürdü, başını bədəninə sıxmışdı - "ruski yazıçnı" mədəni intonasiyası ilə qeyri-mədəni davranır.
Saçı-saqqalı ağarmış, saqqalı xətli xarizmatik müştəri. Bir az dolu idi. Adətən, belə insanların söhbətinin mədəni tonla getdiyini görmüşəm.
Bir kola, bir də siqaret alır. Amma lazımsız sözlərlə prosesi uzadır. Nəsə şikayət edir, bir sözlə, alıb gedə bilmir. Nəsə mızıldanır.
Digər müştəriləri gözlədir. Birdən yadına düşür ki, çox uzadıbmış, yersiz söhbətləri ilə özünü də, bizi də gözlədir.
Çevrildi qəfil yanımdakı qaş-qabaqlı cavan oğlanı qucaqladı. Elə bildim tanışdırlar, sağollaşırlar.