Icma.az
close
up
RU
Havaya nəsə səpiblər, ya da hansısa sindromdan əziyyət çəkirik...

Havaya nəsə səpiblər, ya da hansısa sindromdan əziyyət çəkirik...

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

- Böyüyündən ver də.
- Böyüyündən yoxdur.
- Orada var, görürəm.
- O çox böyükdür. 2 litrdir.
- Ver də, burada nə var e. Ver... - Köşkün qarşısında müştəri narazı tonla yarım litrlik kolaya etiraz edir, götürüb gedə bilmir. Satıcını yorur. 

Özündən razı, gödəkçəsiz bir nəfər - soyuqdan donduğu hiss olunurdu, büzüşürdü, başını bədəninə sıxmışdı - "ruski yazıçnı" mədəni intonasiyası ilə qeyri-mədəni davranır. Saçı-saqqalı ağarmış, saqqalı xətli xarizmatik müştəri. Bir az dolu idi. Adətən, belə insanların söhbətinin mədəni tonla getdiyini görmüşəm.

Bir kola, bir də siqaret alır. Amma lazımsız sözlərlə prosesi uzadır. Nəsə şikayət edir, bir sözlə, alıb gedə bilmir. Nəsə mızıldanır. Digər müştəriləri gözlədir. Birdən yadına düşür ki, çox uzadıbmış, yersiz söhbətləri ilə özünü də, bizi də gözlədir. Çevrildi qəfil yanımdakı qaş-qabaqlı cavan oğlanı qucaqladı. Elə bildim tanışdırlar, sağollaşırlar. Birdən üzr istədi, çevrilib məni də qucaqlayıb üzr istədi, çıxdı getdi.

Dedim ki, hə, heç olmaya, gərgin mühit dağıldı, amma yenə də anlaqsızlıq hökm sürürdü. Birdən o qucaqladığı cavan oğlan əsəbini ifadə edərək satıcıya dedi: Nəsə xətrinə dəydisə, tutub aparım onu. 

Bu kim idi, hara aparacaqdı, nə üçün belə dedi? Gic gülmək tutdu məni. O da mənə baxaraq dilinin altında mızıldanıb o oğlan haqqında nəsə dedi. Heç nə başa düşmədim.

Mən də istədim deyim ki, yaxşı olar, siz aparın, mən də çəkim. Vəziyyət tamamlansın deyə. Mənə sıra çatanda məlum oldu ki, boş-boşuna gözləyirmişəm. Sadəcə bu qəribəliyin tamaşaçısı idim. 

Mənzərəyə baxın. Çox sadə prosesdir. Bir siqaret, bir kola alıb gedə bilmir. Üstəlik, hamının qanını qaraldır. Görkəm, intonasiya mədəni. Di gəl ki qurulan münasibət fırıqdır. Elə başa düşək ki, sakit səslə kimisə təhqir edir. Hamının kefinə soğan doğradı. Arxasınca üzr istədi. 

Mətni pozitiv notlarla bitirək, vaxtınızı almışam. Sadəcə çox təsirləndim və birinci müştərini anlamaq istəyirdim ki, nə edir, ikinci müştəri də çıxıb dedi ki, istəyirsən, bunu tutub aparım. Həm güldüm, həm çaşıb qaldım ki, ay qardaş, bu nədir də. Hələ də təsirindəyəm. 

Ya get-gedə insanlar hansısa sindromdan əziyyət çəkməyə başlayıblar, ya da havaya nəsə səpiblər.

Samir Mirzə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri