Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Kolleqaları onu həkim, təcrübəli cərrah kimi, İT-çilər onu usta kompyüterçi, tələbələri isə mükəmməl Hoca, öyrədən Müəllim kimi tanıyırlar.
Mənim üçün isə o gənclik dostum Nuru Bayramovdur. Onu tanıyanda Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun aspirantı idi.
Tibb elmləri namizədi oldu, Moskvadan qayıdıb üzünü Qərbə çevirdi.
Türkiyəyə gedərək Avropa və Amerikada təhsil almış görkəmli alimlərlə, Dünya miqyaslı transplantoloq Mehmet Haberal kimi əfsanələşmiş alimlə çalışdı, onlardan cərrahiyə, transplantologiya, qastrentologiya sahələrində mütərəqqi fikir və yeniliklər öyrəndi, sürəkli öz üzərində çalışdı.
Nuru böyük alimlərlə təmasda püxtələşdi, ancaq o, sözün əsl mənasında “Self Made Man” – özü-özünü yetişdirmiş, biləyinin gücü bir yerlərə gəlmiş biridir.
Onu cəmi bir “daydayı” olmuşdu ki, o da mənəm. Bütün “daydaylığım”, himayədarlığım da ondan ibarət idi ki, Nuru qastroentoroloji və onkoloji
Atam onun atası ilə dost, əmisi ilə isə tələbə yoldaşı olmuşdu.