Icma.az
close
up
RU
Himayədarlıq etdiyim akademik

Himayədarlıq etdiyim akademik

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kolleqaları onu həkim, təcrübəli cərrah kimi, İT-çilər onu usta kompyüterçi, tələbələri isə mükəmməl Hoca, öyrədən Müəllim kimi tanıyırlar. Mənim üçün isə o gənclik dostum Nuru Bayramovdur. 

Onu tanıyanda Seçenov adına 1-ci Moskva Tibb İnstitutunun aspirantı idi. Tibb elmləri namizədi oldu, Moskvadan qayıdıb üzünü Qərbə çevirdi. Türkiyəyə gedərək Avropa və Amerikada təhsil almış görkəmli alimlərlə, Dünya miqyaslı transplantoloq Mehmet Haberal kimi əfsanələşmiş alimlə çalışdı, onlardan cərrahiyə, transplantologiya, qastrentologiya sahələrində mütərəqqi fikir və yeniliklər öyrəndi, sürəkli öz üzərində çalışdı. 

Nuru böyük alimlərlə təmasda püxtələşdi, ancaq o, sözün əsl mənasında “Self Made Man” – özü-özünü yetişdirmiş, biləyinin gücü bir yerlərə gəlmiş biridir. Onu cəmi bir “daydayı” olmuşdu ki, o da mənəm. Bütün “daydaylığım”, himayədarlığım da ondan ibarət idi ki, Nuru qastroentoroloji və onkoloji cərrahiyə üzrə Ankaraya ezamiyyətdə ikən dostlaşmışdıq. Atam onun atası ilə dost, əmisi ilə isə tələbə yoldaşı olmuşdu. Ankarada Nuruya tez-tez baş çəkir, az miqdardakı boş vaxtlarımızı birgə keçirir, onu ətrafımdakı maraqlı insanlarla tanış edirdim.

Gənc cərrah 2000-ci illərin əvvəlində Ankaradakı Yüksək İxtisas və Nümunə xəstaxanalarında, daha sonra Dünya şöhrətli cərrah Mehmet Haberalın Başkent Universitetində orqan nəqli üzrə təkmilləşdi, Ankara Universitetinində cərrahi onkologiya sahəsində tədqiqat işləri apardı. Bu müddət ərzində çalışdığı xəstəxanaların xəstə yaxınlarına ayrılmış kiçik, minimal şəraiti olan dar otaqlarında yaşayırdı. Bəzən həftəsonları Nurunu Farabi caddəsindəki evimə çağırırdım. Yemək bişirmə fobiyam var, kulinariya qabiliyyətim yoxdur. Tək yaşayırdım o zaman. Nuru evdən uzaqda çox qalıb, bəlkə yaxşı yeməklər bişirir deyə ona ümid edirdim ki, ev yeməyi yeyərik. Ancaq dostum bizdə qalanda ya gecə gec saatlara qədər söhbət edərdik, ya da Nurunun əngin kompyuter bilgilərindən istifadə edib onu yorar, yemək-filan da yaddan çıxardı…

***

Dünya sürətlə digitallaşırdı. Azərbaycan Dövlət Televiziyasının Türkiyə Təmsilçisi idim, BBS World Service ilə əməkdaşlıq edirdim. Ancaq kompyuterim yox idi. Dəfələrlə o vaxtkı sədr B.H.-na müraciət etsəm də “Kompyteri neynirsən, əllə yaz. Riyaziyyatçılığını burax artıq” deyirdi.

Əziz Ağabeyim, tanınmış maliyyəçi Məmməd Musayevə dedim vəziyyəti. Ertəsi gün səhər 9-da qapımızı çaldılar. “Koç” qrupundan gəlmişik, sizin “Home Office”ə bilgisayar quracağıq dedilər. Bircə saatın içində qoxusu hələ də burnumdan getməyən amerikan “Unisys” kompyuteri, italyan “Olivetti” printeri və iki ədəd yapon səs dinamikası qurdular.  

Məmməd müəllimə zəng vurub təşəkkür etdim, dedim ki, tarixə düşdün, hər yerdə deyəcəm ki, Türkiyədəki ilk komyuterimi AzTV yox, sən verdiribsən. Tez ilk yazımı yazacaqdım ki, baxdım nə “Ə” hərfi var, nə də ki “Ö, Ğ, Ü, Ç, Ş”. Pərt oldum bərk…

Ertəsi gün sübh tezdən məni Nuru oyandırdı. Bazar günü idi, nə baş verib deyə sordum. Qımışaraq niyə qalxıb yazını yazmırsan dedi…

Səhərə qədər yatmayıb əlifbamızın fərqli hərfləri olan bir proqramı yazmışdı!

Sevincimin həddi-hüdudu yox idi. Artıq mən də zamanla ayaqlaşmağa başladım, o gündən etibarən özümü Yeni Dünyaya inteqrasiya olunmuş hiss etdim. Əlifbamız “Microsoft”a illər sonra girdi, amma mən Nurunun yazdığı proqramla problemi kökündən həll etmişdim. Sonra onu daha da təkmilləşdirdi, bir disketə yazaraq mənə verdi. “Unisys”dən sonrakı kompyuterlərim də Ana dilimizə uyğunlaşırdı avtomatik…

***

O dövrdə Nuru Bayramov qaraciyər rezeksiyası ilə orqan nəqli üzərində işləyirdi. Gah qaraciyəri təqzyiqli su ilə, gah da ultrasəs ilə kəsməklə məşğul idi. Daha sonrakı eksperiment və tədqiqatlarını artıq nəinki yadımda saxlaya bilir, heç tələffüz də edə bilmirdim. Gözümün önündə böyük bir cərrah yetişirdi.

PhD-dən donra professor oldu, sonra Elmlər Akademiyasının müxbir üzvü seçildi. Kitablarının sayı 30-u keçəndə ilk yazdığı elmi məqalələri düşmüşdü yadıma. Ankaradakı Yüksək İxtisas xəstəxanasının balaca otağındakı gərgin əməyini yaxşı xatırlayıram. O mənim tv reportajlarımın ilk seyricisi, BBC reportajlarımın ilk dinləyicisi və gözəl Ankara həyatımın ilk və sonuncu sirdaşı idi. İndi Tibb universitetinin kafedra müdiri olan əziz dostum ölkənin ən mahir və ən təvazökar cərrahlarından biridir. Başını salıb sabahın cərrahlarını yetişdirir, minlərlə insana şəfa verir. 

Bu ilıq Bakı axşamını birlikdə keçirikrik. Görüş üçün vədələşəndə telefonda bir anlığına çaşdım, bilmədim ona necə xitab edim – “Nuru”, “Hocam” yoxsa “professor”. O gözəl Göyçə ləhcəsi ilə “Abi, qadan alım, burax bu rəsmiyyəti” dedi. Amma mən yenə də ona “Hocam” deyirəm, nə olsun ki, ona nə vaxtsa “himayədarlıq” etmişəm.

25 aprel 2025

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Aprel 2025 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri