Nazir: Moldova Azərbaycan qazının idxalına ciddi maraq göstərir MÜSAHİBƏ
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 18 aprel, Tamilla Məmmədova, AZƏRTAC AZƏRTAC-ın Moldovanın energetika naziri Dorin Junqetu ilə müsahibəsini təqdim edirik.
- Cənab nazir, Moldovada energetika təhlükəsizliyi ilə bağlı vəziyyət necədir?
- Son bir neçə il ərzində Moldova enerji sahəsində görünməmiş çağırışlarla üzləşdi.
2021-ci ildən başlayaraq böhranlar enerji sistemimizin dayanıqlılığı üçün ciddi sınaq oldu.
Lakin bu çətinliklər milli enerji strategiyasının yenidən dəyərləndirilməsi üçün mühüm stimula çevrildi.
Biz bu böhran vəziyyətlərinə çevik şəkildə cavab verməklə yanaşı, onları əsaslı dəyişikliklər üçün fürsətə çevirməyi bacardıq.
Hazırda ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində fəal şəkildə çalışırıq.
Tam oxu
Xəbəri oxu