Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş olub.
Tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Pakistanla Azərbaycan arasında strateji müttəfiqlik haqqında müqavilə mövcuddur: "Bundan əlavə, bu iki dövlət və ümumiyyətlə iki xalq arasında tarixi köklərə söykənən mədəni münasibətlər var.
Hazırda həmin əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Qeyd etmək lazımdır ki, Ermənistan müstəqillik əldə etdikdən sonra 1990-cı illərin ə
Yəni təkcə diplomatik münasibətlərin olmaması ilə kifayətlənməyib, ümumiyyətlə, Ermənistanın müstəqilliyini tanımayıb.
Bu dövrdən etibarən Pakistan hökuməti və Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ardıcıl bəyanatlarla çıxış ediblər.
İkinci Qarabağ müharibəsi zamanı da Pakistan dövləti Türkiyə kimi Azərbaycanın yanında yer alaraq güclü mənəvi dəstək göstərdi.