Icma.az
close
up
RU
“Pakistan Ermənistan münasibətlərin inkişafı Azərbaycanın mövqeyi nəzərə alınaraq baş verəcək

“Pakistan Ermənistan münasibətlərin inkişafı Azərbaycanın mövqeyi nəzərə alınaraq baş verəcək

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın XİN rəhbəri İshaq Dar arasında görüş olub. Tərəflər diplomatik münasibətlər qurmaq barədə qərar qəbul ediblər.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Pakistanla Azərbaycan arasında strateji müttəfiqlik haqqında müqavilə mövcuddur:

"Bundan əlavə, bu iki dövlət və ümumiyyətlə iki xalq arasında tarixi köklərə söykənən mədəni münasibətlər var. Hazırda həmin əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Qeyd etmək lazımdır ki, Ermənistan müstəqillik əldə etdikdən sonra 1990-cı illərin əvvəllərində Pakistan onun suverenliyini tanımayıb. Yəni təkcə diplomatik münasibətlərin olmaması ilə kifayətlənməyib, ümumiyyətlə, Ermənistanın müstəqilliyini tanımayıb. Bu dövrdən etibarən Pakistan hökuməti və Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ardıcıl bəyanatlarla çıxış ediblər. İkinci Qarabağ müharibəsi zamanı da Pakistan dövləti Türkiyə kimi Azərbaycanın yanında yer alaraq güclü mənəvi dəstək göstərdi.

Hazırkı mərhələdə, Ermənistanla Azərbaycan arasında sülh danışıqları gedir, hətta sülh memorandumu imzalanıb. Bildiyiniz kimi, bu sənəd sentyabrın 8-də Vaşinqtonda ABŞ, Ermənistan və Azərbaycan arasında üçtərəfli görüş zamanı razılaşdırılıb. Bunun fonunda Ermənistanla Pakistan arasında münasibətlərin normallaşması prosesi də başlayıb. Hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında baş tutan telefon danışığından sonra diplomatik əlaqələrin qurulması barədə qərar verilib".

Onun sözlərinə görə, bu, məntiqli və zəruri addımdır:

"Çünki paralel olaraq həm Azərbaycan-Ermənistan, həm də Ermənistan-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyur. Yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması, eləcə də Ermənistan-Türkiyə sərhədlərinin açılması və Cənubi Qafqazda kommunikasiyaların blokdan çıxarılması istiqamətində konkret qərarların veriləcəyi gözlənilir. Həm Prezident İlham Əliyev, həm də Ermənistanın Baş naziri bu barədə ictimai bəyanatlar veriblər. Bununla yanaşı, Pakistan Azərbaycanın maraqlarını prioritet olaraq qorumaqda davam edir. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın üzvlüyü məsələsində Hindistanın etirazının qarşılığında, Pakistan da Ermənistanın təşkilata üzv olmasını bloklayıb. Bu qarşılıqlı balanslaşdırıcı yanaşmadır. Yekun olaraq qeyd etmək olar ki, Ermənistanla Pakistan arasında münasibətlərin inkişafı qaçılmazdır, lakin bu proses tədricən və Azərbaycanın milli maraqları nəzərə alınmaqla baş verəcək".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri